Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47323
az

Ermənistan Qarabağa bu qədər hərbçi itirib  -  ŞOK  RƏQƏMLƏR

22:2324 Yanvar, 2021
2164
DÜNYA
  • A

İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən həlak olanların dörd min nəfər olmasına dair məlumatlar inandırıcı görünmür, hesablama metodologiyası anlaşılmazdır.

Bunu erməni hərbi ekspertlərinə istinadən "Qafqaz qovşağı" yazıb.

Xatırladaq ki, yanvarın 20-də Ermənistan baş nazirinin müavini Tiqran Avinyan Dağlıq Qarabağda erməni tərəfindən həlak olanların 3439 meyitinin tapıldığını bildirib. Ümumiyyətlə, Ermənistan hakimiyyəti əmindir ki, Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə erməni tərəfinin itkiləri dörd min nəfərdən çox deyil.

Hərbi analitik Ayk Xaçikyan nəşrə bildirib ki, Baş nazir müavininin müharibə zamanı həlak olanların təxminən dörd min nəfər olmasına dair bəyanatı o vaxt doğru olardı ki, hərbi itkilərin hesablanması metodologiyası təqdim olunardı.

"Dağlıq Qarabağdan olan hərbi qulluqçuların, müharibədə həlak olanların və Dağlıq Qarabağda dəfn olunanların nəzərə alınıb - alınmadığı məlum deyil", - deyə o bildirib.
 


"Mənim müşahidələrimə görə, Ermənistan tərəfinin itkiləri altı mindən az olmamalıdır", - deyə o qeyd edib.

Xaçikyan, həmçinin, pilotsuz aviasiyadan istifadənin rəqibə itkilərinin sayını azaltmağa imkan verdiyini də vurğulayıb.

"Azərbaycan tərəfi əsas itkiləri müharibənin əvvəlində müdafiə xəttini yarmağa çalışarkən verib. Bundan sonra pilotsuz zərbə təyyarələrini daha çox ərazidə, o cümlədən artilleriyanın məhv edilməsi üçün, tətbiq etmək imkanı əldə etdi və bu da rəqibin itkilərinin sayına ciddi təsir göstərdi", - deyə erməni hərbi analitiki bildirib.

Hərbi ekspert Robert Nazaryan da razılaşır ki, PUA-ların tətbiqi Azərbaycan tərəfinin hərbi itkilərini azaldıb.

"Pilotsuz uçan aparatların və texnologiyaların tətbiqinin prioritet vəzifəsi məhz öz itkilərinin azaldılmasıdır", - deyə o, "Qafqaz qovşağı"na açıqlamasında bildirib.

Nazaryan Ermənistan baş nazirinin erməni  tərəfindən dörd min nəfərin həlak olması barədə bəyanatını qiymətləndirməkdə çətinlik çəkib. Onun sözlərinə görə də, bu iddialar inandırıcı görünmür. Bununla belə, o, Ermənistan tərəfinin hərbi itkiləri ilə bağlı rəqəm demək istəməyib.//Modern.az 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukrayna Kiyevin müdafiəsinə hazırlaşmağa başladı
İsrailin müdafiə naziri analoqu olmayan silahın yaradılmasına göstəriş verib
İsrail ordusunun Qəzzada 2 evə hücumu nəticəsində ölən və yaralananlar olub

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı