Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
46381
az

Azərbaycan və Ermənistan tarixdə ilk dəfə... – Bölgədə şok gəlişmə

08:4713 Yanvar, 2021
336
DÜNYA
  • A

“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Moskvada keçirdiyi üçtərəfli görüşdə bölgə iqtisadiyyatı və nəqliyyat əlaqələrinin canlandırılacağı təsdiqləndi”.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” agentliyində dərc olunan məqalədə bildirilib.

Məqalədə qeyd edilib ki, Azərbaycan ordusunun Dağlıq Qarabağdakı zəfərindən sonra, liderlər tərəfindən dünən təşkil edilən görüşdə 2020-ci il 10 noyabr tarixində Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyannamə ətraflı izah edilib:

“Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin tərəfindən keçirilən görüşdə üç dövlətin baş nazir müavinlərindən ibarət Birgə İşçi Qrupunun yaradılması qərarı verilib:

“Azərbaycan və Ermənistanın ilk dəfə qarşılıqlı iştirak edəcəyi bir format olan işçi qrupunun ilk iclası yanvarın 30-da keçiriləcək. İşçi qrupu martın 1-dək Azərbaycan və Ermənistan ərazilərindən keçəcək yeni nəqliyyat xətlərinin çəkilişi üzrə fəaliyyət proqramını təqdim edəcək. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən keçməklə yeni nəqliyyat xəttinin çəkilməsini təmin etmək işçi qrupunun əsas vəzifəsi olacaq.
Bu xətt qurulduqdan sonra, Azərbaycan 30 ildən sonra həm quru yolu, həm də dəmir yolu ilə Ermənistan vasitəsilə

Naxçıvanla əlaqə quracaq. Beləliklə, Azərbaycanın Naxçıvan üzərində Türkiyəyə daha asan çıxış əldə edə biləcək, eyni zamanda, bu üzərindən Türkiyə və Rusiya arasında dəmir yolu çəkiləcək.
Razılaşmaya əsasən, Ermənistanın da Azərbaycan ərazisindən Rusiya və İrana avtomobil və dəmir yolu ilə çıxışı olacaq. Bu yolla Ermənistan öz məhsullarını Rusiya və İran bazarlarına daha sürətli və asan çıxara biləcək.
Mütəxəssislər üç ölkənin razılaşması həyata keçirilsə, bunun bölgədə davamlı sülh və sabitlik üçün önəmli olacağını, habelə bütün tərəflərin iqtisadi qaznc əldə edəcəyini deyirlər. Mütəxəssislərin fikrincə, bu, Ermənistandan işğal siyasətindən imtina etməsini və Azərbaycanın ərazi bütövlüyünü tanımasını tələb edir”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyasız sülh şansı azdır - Ərdoğan
Gürcüstanda leysan: ölən və itkin düşən var
EAEU sammitində bir sıra sənədlər təsdiqlənib

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR