Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45817
az

“Qarabağa gəlirik, ermənilər təxribat törətsə...” - Türkiyəli general

18:4504 Yanvar, 2021
3693
DÜNYA
  • A

"Tezliklə Azərbaycanın 1 milyona yaxın məcburi köçkünü Türkiyə sülhməramlılarının müşaiyətilə Qarabağda öz ata-baba torpaqlarına geri qayıdacaqlar”.

Bu fikirləri Türkiyə Hava Qüvvələri Akademiyasının rəhbəri, ehtiyyatda olan general-mayor Kürşat Atılgan bildirib.

Kürşat Atılgan deyib ki, Türkiyə hərbiçilərindən ibarət digər heyət də Azərbaycana gəlməyə hazırlaşır:

"İnşallah ən yaxın zamanda onlar Azərbaycana gələcəklər və Qarabağda xidmətlərinə başlayacaqlar.

Türkiyə hərbiçiləri də Rusiya sülhməramlıları kimi Qarabağda xidmət aparacaqlar. Əgər ermənilər Qarabağda təxribata cəhd edərsə, o zaman Türkiyə sülhməramlıları buna imkan verməyəcək. Çünki biz yaxşı bilirik ki, müharibəni uduzan Ermənistan Ordusu tamamilə məhv olmaq astanasında idi. Rusiya sülhməramlıları onları son anda xilas etdi.

Ancaq ermənilər də ağıllarını başlarına toplamalı və təxribatlardan əl çəkməlidirlər. Əks halda, Türkiyə və Azərbaycanın hörmətli rəhbərlərinin də dediyi kimi, bunun nəticələri onlar üçün daha sarsıdıcı olacaq. Türkiyə ədalətdən və sülhdən yanadır. Biz qardaş Azərbaycan kimi regionda daimi sülhün bərqərar olmasını istəyirik. Azərbaycan Ordusununun 2020-ci ildə qazandığı möhtəşəm Qarabağ zəfəri də bu sülhün bərqərar olması üçün zəmin yaratdı. Bundan sonra Ermənistan xalqı çalışıb normal qonşu və dost kimi yaşamağı bacarmalıdır”.

Türk general qeyd edib ki, Ermənistanın işğalı nəticəsində Qarabağdan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş 1 milyona yaxın azərbaycanlı tezliklə öz evlərinə qayıdacaq:

"İnşallah bu qayıdış qardaş Türkiyə sülhməramlılarının müşaiyətilə reallaşacaq. Artıq azərbaycanlı qardaş və bacılarımız qaçqın deyillər, onların torpaqları azaddır. Qəhrəman Azərbaycan əsgərlərinin sayəsində onlar tezliklə öz doğma evlərinə qayıdacaqlar”.
 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baqdasaryandan sensasion etiraf: Bizə yalan danışdılar, Azərbaycan hərbçiləri...
Ermənilər Xankəndini belə tərk edir - Qarabağdan qaçış başladı - VİDEO
Binəli Yıldırım Şuşaya gedib - FOTO

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi