Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45424
az

Lavrovdan Qarabağla bağlı AÇIQLAMA

15:5029 Dekabr, 2020
1830
DÜNYA
  • A

"Bu il pandemiya olmasına baxmayaraq, Rusiya və Türkiyə prezidentləri çox sıx təmasda olublar".

Bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Soçidə keçirilən Rusiya-Türkiyə Birgə Strateji Planlama Qrupunun VIII toplantısında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan bu il üç dəfə əyani, bir dəfə isə Astana sammiti çərçivəsində videokonfrans formatında görüşüblər: "20 dəfəyə yaxın isə telefonla danışıblar. Bu statistika tərəfdaşlığımızı tamamlayan ikitərəfli, regional və beynəlxalq gündəmdə duran məsələlər dairəsinin genişliyinə dəlalət edir. Ona görə də bu gün iki ölkə arasında, siyasi, iqtisadi, mədəni, humanitar və turizm əlaqələrinin vəziyyətinə baxacağıq. Bizim çox zəngin beynəlxalq gündəmimiz var: Suriya münaqişəsinin nizamlanması ilə bağlı Astana formatı, Liviyadakı nizamlanma ilə bağlı əməkdaşlığımız və Dağlıq Qarabağ mövzusu, hansı ki, hazırda prioritet plana çıxıb".

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baqdasaryandan sensasion etiraf: Bizə yalan danışdılar, Azərbaycan hərbçiləri...
Ermənilər Xankəndini belə tərk edir - Qarabağdan qaçış başladı - VİDEO
Binəli Yıldırım Şuşaya gedib - FOTO