Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45050
az

Vanqa 2021-ci il üçün nə deyib? - MARAQLI

21:1124 Dekabr, 2020
3526
DÜNYA
  • A

Əsl adı Vangeliya Pandeva olan görücü Vanqanın (1911-1996) 2021-ci illə bağlı proqnozu marağa səbəb olub.

Oxu24.com  xəbər verir ki, yaşadığımız dünyada bir çox fəlakəti bildiyi iddia edilən Vanqanın gələn ilə olan kəhanətləri ortaya çıxıb.

Avropaya düşən fəlakət…

Görücü ekstremistlərin kimyəvi silahı avropalılara qarşı istifadə edəcəklərini və dünyanın bir çox fəlakətdən əziyyət çəkəcəyini söyləyib. Həmçinin, insanların şüurunun 2021-ci ildən etibarən dəyişəcəyi, onların inanclarına görə bölünəcəyi və bəşəriyyətin taleyini dəyişəcək dağıdıcı hadisələrin şahidi olacağı ilə bağlı proqnozlar da var.

Bütün bu həyəcanverici proqnozlara əlavə olaraq, Vanqa neft istehsalı dayandığı üçün "qatarlar günəş işığı ilə uçacaq”,- deyə bildirib.

Neft hasilatının bitəcəyi və dünyanın dincələcəyi söylənilən bu proqnozlar arasında ən qəribəsi 2021-ci ildə bir əjdahanın planeti ələ keçirməsidir.

Üç div ölkə birləşəcək…

Bu proqnozlarda üç nəhəng respublikanın birləşəcəyini və bəzi insanların qırmızı pula sahib olacağını ifadə edən çox sayda 100, 5 və 0 gördüyü ifadə edilib. 

Sözlərin hərfi mənada qəbul edilməməsinin lazım olduğunu söyləyən Vanqanın tərcüməçiləri əjdahanın "Çin” olduğunu ehtimal edirlər. 

Rusiya, Hindistan və Çinin üç nəhəng olaraq qəbul edildiyi, hər ikisinin qırmızı rəngdə 100 yuan və 5 min rublluq əsginaslardan bəhs olunduğu vurğulanıb.

Xərçəngə çarə tapılacaq

Bundan əlavə, Vanqa 2021-ci ildə insanlığın xərçəngdən qurtulacağını və bu bəlaya dərman tapılacağını deyib.

Rusiya Prezidenti Vladimir Putinə də bu il sui-qəsd cəhdinin olacağını bildirən Vanqa, ABŞ-ın hazırkı Prezidenti Donald Trampın naməlum xəstəlikdən əziyyət çəkəcəyini, Ağ Evdən çətinliklə ayrılacağını təxmin edib.

Qeyd edək ki, Vanqanın indiyədək dünyada baş vermiş bir çox mühüm hadisələri – 11 sentyabr hücumu, şahzadə Diananın ölümü, "Ərəb baharı”, İŞİD, "Brexit” sazişi, Paris Notr-Dam Kilsəsindəki yanğını qabaqcadan xəbər verdiyi deyilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lukaşenko üçüncü dünya müharibəsi ilə bağlı HƏYƏCAN TƏBİLİ ÇALDI
Türkiyədə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anıldı - FOTO
Maykl Cekson məşhur rəqsini azərbaycanlılardan “oğurlayıb” - VİDEO

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ