Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44572
az

Putinin Sumqayıt oyunu: Rusiya niyə 32 il öncəyə qayıdır?

22:4218 Dekabr, 2020
747
  • A

Rusiya Prezidenti Vladimir Putin Vətən Müharibəsi başlayandan artıq ikinci dəfədir, Birinci Qarabağ döyüşlərinin başlanmasına Sumqayıt hadisələrinin səbəb olduğunu söyləyir. Hətta ermənilərin hücumlarını özünümüdafiə kimi qələmə verir, bunun qürur məsələsi olduğunu vurğulayır. Amma onu da bildirir ki, tərəf tutmaq istəmir və kimin haqlı, kimin günahkar olduğunu demək mümkün deyil.
Bu günə qədər isə Ermənistandan başqa heç bir ölkənin siyasi lideri Sumqayıt hadisələrini müharibənin başlanğıc nöqtəsi kimi təqdim etməyib. Bəs Vətən Müharibəsi başlayandan sonra Putinin bu məsələni iki dəfə qabartması nədən xəbər verir?

Mövzu ilə bağlı “BakuPost”a danışan politoloq İlqar Vəlizadə bildirdi ki, əsas səbəb Rusiya siyasi rəhbərliyinin uzun müddət Ermənistanla daha yaxın münasibətlərinin olmasıdır:

“Heç kəsə sirr deyil ki, Ermənistanın keçmiş dövlət başçısı Robert Köçəryan Putinin dostu sayılırdı. Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən Köçəryana qarşı sərt addımlar atılıb. Buna baxmayaraq, Putin bir neçə dəfə nümayişkarcasına Köçəryana təbrik məktubları göndərib. Həmçinin Rusiyanın Ermənistandakı səfiri Putinin tapşırığı əsasında Köçəryanla söhbətlər aparıb. Bütün bunlar onu göstərir ki, Putinin Köçəryanla sıx münasibətləri var. Çox güman ki, anti-Azərbaycan, yaxud Sumqayıt hadisələri ilə bağlı qərəzli mövqeyində bu amil də rol oynayır”.

“Baş verənlər onu göstərdi ki, əslində, Rusiya siyasi rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri və gedişatı barədə mövqeyi obyektiv deyil”, - deyən İ.Vəlizadə əlavə etdi ki, Rusiya Prezidenti bir dəfə də olsun Xocalı soyqırımı barədə danışmayıb:

“Təəssüflər olsun ki, reallığı əsas götürmürlər. Ancaq bu yanaşmada da tədricən dəyişikliklər olduğunu istisna etmək olmaz. Çünki dövr dəyişir. Vaxtı ilə, 10-15 il bundan əvvəl Rusiya qəti şəkildə müharibənin əleyhinə idi. Regionda müharibə ehtimalları olsa idi, yəqin ki, dərhal müdaxilə edəcəkdi. Ən azından Azərbaycana siyasi, yaxud hərbi-siyasi təzyiqlər göstərəcəkdi. Bu dəfə belə olmadı. Düzdür, buna imkan verməyən başqa amillər də var idi. Məsələn, Azərbaycanın güclü ordusu, sabit siyasi xətti, Türkiyənin qeyd-şərtsiz hərtərfli dəstəyi və s”.

Politoloq qeyd etdi ki, bütün hallarda Azərbaycanın mövqeyi Rusiya tərəfindən başadüşüləndir:

“Putin bir neçə dəfə deyib ki, Azərbaycan torpaqlarının 30 il ərzində işğal altında qalması yolverilməzdir və Azərbaycanın torpaqlarını geri qaytarmağa haqqı var. Bu baxımdan Putinin tarixə nə cür baxması bizi narahat etməli deyil. Əksinə, Rusiyanın siyasi rəhbərliyinin gələcəklə bağlı hansı fikirdə olduqları bizim üçün daha önəmlidir. Fikrimcə, siyasi diqqətimizi məhz bu məsələyə yönəltməliyik ki, regionda Azərbaycanın, Rusiyanın və Türkiyənin gələcəklə bağlı baxışları üst-üstə düşsün”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Borrell Ukraynadan əvvəl Avropa Birliyinə hansı ölkələrin daxil olması lazım olduğunu açıqlayıb
Ukraynada məhkumlar səfərbərliyə cəlb ediləcək
NATO Ukraynaya qoşun göndərməyəcək

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub