Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44202
az

Tehranda Qarabağ şəhidlərinin anım mərasimi keçirilib

20:4914 Dekabr, 2020
643
DÜNYA
  • A

Tehranda Dağlıq Qarabağ və müqavimət şəhidlərinin anım mərasimi keçirilib.

APA-nın Tehran bürosunun məlumatına görə, Tehranın Həzrət Əbdüləzim Həsəni (ə) ziyarətgahının Şeyx Səduq konfrans zalında keçirilən mərasimdə İran və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Mərasimdə ölkə rəsmiləri, yüksək rütbəli hərbçilər, parlament sədrinin köməkçisi Hüseyn Əmir Abdullahian, parlamentin üzvləri, İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandir müavini general  Məhəmməd Hicazi, cümlədən Tehranın İmam Cüməsi Höccətül-islam Siddiqi, İranda yaşayan azərbaycanlılar, qatılıblar. o

Mərasimdə Qarabağda şəhid olmuş bütün azərbaycanlı hərbçilərin siyahısı, İranın Ali Lideri Ayətullah Xameneinin Ermənistanın Azərbaycanın işğal olunmuş torpaqlarını tərk etməsinin vacibliyi ilə bağlı çıxışı iştirakçılara nümayiş olunub.

Höccətül-İslam Siddi Qarabağ müharibəsində şəhid olanların xatirəsini  yad edərək bildirib ki, onlar öz qorxmazlığı və canından keçmələri ilə Azərbaycana izzət və başucalığı gətirdilər: “Həm də İran azərbaycanlılarını sevindirdilər. Şəhidlər heç vaxt unudulmur, Şəhidin qanı həmişə qaynayır və firavanlıq yaradır. Azərbaycanda  gənclər öz canlarını verdilər və torpaqlarını azad etdilər. Bizim rəhbərimiz Azərbaycanı rəsmi şəkildə dəstəklədi və bildirdi ki, Qarabağ Azərbaycanındır və Azərbaycana qaytarılmalıdır.  Ermənistan işğal etdiyi torpaqları geri qaytarmalıdır. Bu gün  bu qələbə yalnız Azərbaycanın qələbəsi deyil, həm də İslamın qələbəsidir”.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baqdasaryandan sensasion etiraf: Bizə yalan danışdılar, Azərbaycan hərbçiləri...
Ermənilər Xankəndini belə tərk edir - Qarabağdan qaçış başladı - VİDEO
Binəli Yıldırım Şuşaya gedib - FOTO

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb