Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
43450
az

Paşinyan xalqa müraciət etdi: "Ermənistan Qarabağın əvəzinə..."

12:0605 Dekabr, 2020
7305
DÜNYA
  • A
Qarabağ müharibəsindəki uğursuzluğun məsuliyyətini üzərimə götürən kimi maraqlı proses başlayıb: hamı son 25-30 ildəki səhvləri mənə və hazırki hakimiyyətə yükləməyə çalışır. Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan xalqa müraciətində deyib. “O səviyyətə çatıb ki, Dağlıq Qarabağı danışıqlar prosesindən çıxaran və danışıqları Ermənistan-Azərbaycan müstəvisində aparan şəxs (Robert Köçəryan nəzərdə tutulur – red.) Qarabağın ərazi bütövlüyü kontekstində mübahisələndirilməsinə görə bizi günahlandırır. Bu məsələ ərazi bütövlüyü çərçivəsinə o vaxt gəlib ki, Ermənistan danışıqları Qarabağın əvəzinə aparıb və bu, 20 il əvvəl olub”, - Paşinyan deyib. Nikol Paşinyan eyni zamanda bu savaşla dünyanın Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyini qəbul etməsində də onu günahlandıran Köçəryana bu cür cavab verib: “Bu ittihamı o adam səsləndirir ki, öz hakimiyyəti dövründə erməni cəmiyyətinə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi haqda qəbul edilən beynəlxalq sənədlərin “heç bir təhlükə yaratmadığını” deyirdi. O deyirdi ki, təyyarədə tualetə girərkən və qapını bağlayarkən də “occupated” yazılır. Yəni “işğal edilmiş” sözündə dəhşətli heç nə yoxdur”. Qeyd edək ki, ötən gün "5-ci kanal"a müsahibəsində Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Nikol Paşinyanın ünvanına sərt ittihamlar səsləndirib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

XİN Braziliya və Əfqanıstana başsağlığı verdi
Rus səfir qəfil öldü

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı