Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4345
az

Övladlarınızı gələcəkdə xərçənglə üz-üzə qoyacaq qidalar - Hər gün alırsınız

14:4708 Avqust, 2018
1705
DÜNYA
  • A
Xərçəng xəstəliyinə səbəb olan məşhur amillərin arasında genetika, siqaret çəkmə, yanlış qidalanma, bəzi infeksiyalar, kimyəvi preparatlarla əlaqə, radioaktiv şüalanma və başqaları göstərilir.

Oxu24.com publika.az-a istinadən xəbər verir ki, tədqiqatlar göstərir ki, onkoloji riski yüksəldən 2 əsas amil var: passiv həyat tərzi və pis qidalanma. Xərçəng xəstəliyinə tutulmaması üçün onkoloqlar xüsusilə aşağıdakı məhsullardan uzaq durmağı məsləhət görürlər.

1. Qənd halına salınmış şəkər və süni şirinləşdirici maddələr

Qənd halına salınmış şəkər yalnız insulinin səviyyəsini yüksəltmir, həm də xərçəng qəfəsləri üçün qidalandırıcıdır. Bu fakt elmə çoxdan məlumdur.
Hələ 1931-ci ildə tibb üzrə Nobel mükafatı laureatı Otto Varburq müəyyən etdi ki, şişlər şəkərlə qidalanır.

2. Emal edilmiş ət

Emal edilmiş ət adı altında fabrik ət məhsulları - sosiskalar, kolbasalar və s. nəzərdə tutulur. Havay Universiteti tərəfindən keçirilmiş tədqiqat göstərib ki, belə məhsullar mədəaltı vəzinin xərçənginin riskini 67 faiz yüksəldir.
Emal edilmiş ət özündə çoxlu kimyəvi preparat və konservantı saxlayır. Hisdə qurudulmuş ət xüsusilə zərərlidir, çünki o canına qətranları çəkir.

3. Süni böyüdülmüş balıq

Balığın süni yetişdirilməsi son dərəcə sıx şəraitdə balığın böyük miqdarının yetişdirilməsinə əsaslanır. Belə darısqal şəraitdə bakterial, virus və parazit epidemiyaların riski çox yüksəkdir, buna görə balığı antibiotiklər, pestisidlər və başqa kanserogen maddələrlə emal edirlər.

4. Turşuya qoyulmuş və hisdə qurudulmuş məhsullar

Adətən belə məhsullar yararlılıq müddətini uzadan nitrat tipli konservantları özündə saxlayır. Bu əlavələr zamanla insan orqanizmində yığılır. Yekunda onlar hüceyrə səviyyəsində parçalanmalara səbəb olaraq xərçəngə gətirib çıxarır.

5. Sintetik yağlar

Bu, saxlama müddətini artırmaq üçün tərkibi süni şəkildə dəyişdirilən sintetik məhsuldur. Tədqiqatlara görə, bu cür yağlar döş xərçənginə tutulma riskini iki dəfə artırır.

6. Kartof çipsləri.

Bu məşhur yemək sintetik yağlarda qızardılır və sonra bol-bol duzlanır. Bundan başqa, çipslər xolesterinin səviyyəsini yüksəldən trans-piyləri və qan təzyiqini yüksəldən natriumu özündə saxlayır, akrilamidin (həmçinin siqaretlərdə olan kanserogen maddə) maddəsini özündə saxlayır.

7. Mikrodalğalı sobada popkorn

Mikrodalğalı sobada popkorn rahat yemək olsa da, xərçəng riskini əhəmiyyətli dərəcədə artırır.

8. Təmizlənmiş ağ un

Təmizlənmiş un bütün qidalı xüsusiyyətlərindən məhrum olur. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zaxarova Britaniyanın rus diplomatlarına qarşı mövqeyinə belə reaksiya verdi
Rusiyasız sülh şansı azdır - Ərdoğan
Gürcüstanda leysan: ölən və itkin düşən var

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO