Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
42062
az

Lavrovdan sensassion açıqlama: “Rusiya demək olar ki, hamını aldadıb"

18:1419 Noyabr, 2020
749
DÜNYA
  • A

“Rusiyanın Dağlıq Qarabağdakı vəziyyətlə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) öhdəliklərinə xəyanət etməsi ilə bağlı ittihamlar vicdansızlıqdır”.

Oxu24.com -un  xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov RT telekanalına müsahibəsində deyib. 

“Görürsünüz ki, Rusiyanın politoloji mühitində də baş verənlər necə vicdansız şəkildə şərh edilir. Bəzi analitiklərimiz bizi birbaşa Kollektiv Təhlükəsizlik Müqaviləsindəki öhdəliklərimizə xəyanət etməkdə günahlandırırlar. Əvvəla, düşünmürəm, ki həmin insanlar sadəcə siyasi cəhətdən savadsızdır, hüquqi cəhətdən təhsilsizdir. İkincisi, KTMT-nin öhdəliklərinin müstəsna olaraq təşkilata üzv dövlətin xarici təcavüzdən birgə müdafiəsini əhatə etdiyini bilməmiş deyillər, bu da təbii ki, Ermənistanla baş vermədi. Belə nümunələr çoxdur. Onları xaricdə və Rusiya Federasiyasındakı müəlliflərin vicdanına buraxıram”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Nazir Rusiyanın Dağlıq Qarabağdakı münaqişə ilə əlaqədar siyasi xal və nüfuz qazanmaq niyyətində olmadığını qeyd edib:

“Biz 9 noyabr razılaşmasını və Rusiyanın ona nail olmaqdakı rolunu necə izah etməyə çalışdıqlarını fəlsəfi şəkildə qəbul edirik. Tamamilə diametral zidd mövqelər. Bir tərəfdən “Rusiya demək olar ki, hamını aldadıb, az qala əsas fayda götürən oldu”. Digər qütbdə isə “Rusiya müttəfiqlərinə xəyanət etdi”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Polşa Miqrasiya Paktı çərçivəsində qeyri-qanuni immiqrantları qəbul etməyəcək
Kolumbiya Netanyahunun həbsinə order almaq istəyir
Rusiyada yaşayan miqrantlara BƏD XƏBƏR! Qaydalar sərtləşdirilir

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Müsavat itkin düşmüş fəalı öldürülüb