Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
41553
az

İsrail Əl-Qaidənin liderlərindən birini İranda öldürüb

10:1614 Noyabr, 2020
249
DÜNYA
  • A

Amerikanın Keniya və Tanzaniyadakı səfirliklərinə terror hücumları təşkil etməkdə şübhəli bilinən “Əl-Qaidə” terrorçu təşkilatının liderlərindən biri Abdullah Əhməd Abdullah üç ay əvvəl İranda zərərsizləşdirilib.

Oxu24.com  xəbər verir ki, bu barədə “The New York Times” ABŞ-ın kəşfiyyat xidmətindəki mənbələrə istinadən məlumat verib. Belə ki, 7 avqustda İsrail kəşfiyyatçıları Tehran şəhərində Abdullahı səsboğucu tapança ilə qətlə yetirib.

Eyni zamanda silahlı hücum zamanı Abdullahın qızı, “Əl-Qaidə” terrorçu təşkilatının qurucusu Üsamə bin Ladenin dul arvadı Miriam da öldürülüb.

Nəşrin mənbələrinə görə, Abdullah 2003-cü ildən bəri İranda və 2015-ci ildən isə bu ölkənin paytaxtında yaşayırdı. Yerli media onu Livandan gələn tarix professoru Həbib Daud kimi tanıtsa da, Federal Təhqiqatlar Bürosu onu axtarışda olan ən təhlükəli terrorçular siyahısına salıb.

Qeyd edək ki, ABŞ-ın Keniya və Tanzaniyadakı səfirliklərindəki terror hücumları 1998-ci ildə baş verib. Nəticədə 12 Amerika vətəndaşı da daxil olmaqla 224 nəfər ölüb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada  oğurluq etdiyinə görə saxlanılan amerikalı hərbçi günahını etiraf edib
ABŞ və Yaponiya yeni hərbi sistem üçün saziş imzaladı
Rusiya Ukraynada istənilən sülh təşəbbüslərini alqışlayır

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Yardımlıda narkokuryerlərdən 15 kq marixuana aşkarlanıb