Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
40810
az

Ovannisyanın açıqlaması panika yaratdı: Vəziyyət pisdir...

15:2201 Noyabr, 2020
577
DÜNYA
  • A
Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsrun Ovannisyan cəbhədəki vəziyyətlə bağlı dünənki açıqlamasından sonra yaşanan panikaya bu gün reaksiya verib. Axar.az xəbər verir ki, Ovannisyan ciddi narahatlıq üçün əsas olmadığını, ancaq vəziyyətin heç də yaxşı olmadığını etiraf edib. O bildirib ki, Azərbaycan Ordusunun Şuşa istiqamətində hücumunun qarşısını ala biliblər: “Bu, vacib xəbərdir, ancaq bu, o demək deyil ki, vəziyyət yaxşıdır. Vəziyyət heç də yaxşı deyil”. Ovannisyan dünənki brifinqdən sonra yenidən “həddindən artıq arzulanmaz emosiyaların” yaranmasına da toxunub və deyib ki, hər şey son dərəcə faciəvi və dəhşətli deyil. Qeyd edək ki, ötən gün Ovannisyan Azərbaycan Ordusunun mərkəz istiqamətində bir neçə mövqeni ələ keçirdiyini və vəziyyətə nəzarəti əlinə aldığını demişdi. İlk dəfə Ermənistan MN nümayəndəsinin bu qədər açıq mətnlə etdiyi məğlubiyyət etirafından sonra Ermənistanda panika yaşanır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Belqorod vilayəti üzərində Ukraynaya məxsus raket məhv edilib
Şolz Rəfahda tammiqyaslı quru əməliyyatından danışıb
Rusiya və Şimali Koreya SSRİ-dən sonra ilk dəfə turist mübadiləsi aparıblar

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO