Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
40781
az

İzmirin göz yaşını Şuşanın azad olunması xəbərilə ilə silək - Başçı

20:1531 Oktyabr, 2020
384
DÜNYA
  • A

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Türkiyənin Gəncədəki Baş Konsulluğuna gələrək Egey bölgəsindəki zəlzələ ilə əlaqədar Baş konsul Zəki Öztürkə başsağlığı verib.

Oxu24.com  xəbər verir ki, görüşdə Gəncədən olan Millət Vəkilləri Naqif Həmzəyev və Müşfiq Cəfərov da də iştirak ediblər.

Niyazi Bayramov bildirilib ki, Türkiyənin Egey bölgəsində baş vermiş zəlzələnin yol açdığı dağıntı və insan tələfatı Gəncədə böyük kədər və təəssüf hissi ilə qarşılanıb: “Ulu öndər Heydər Əliyevin dediyi kimi, biz iki dövlət olsaq da bir millətik. Xalqımız hər zaman dost və qardaş Türkiyənin yanındadır. Ölkə başçısı Prezdent İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan bu çətin anlarda öz qardaşlarına hər cür yardım göstərməyə hazırdır”.

Millət Vəkili Naqif Həmzəyev qeyd edib ki, qardaş Türkiyə hər zaman qətiyyətli mövqe sərgiləyərək Azərbaycanın yanında olduğunu bildirib. Azərbaycan da öz növbəsində bütün məsələlərdə qardaş Türkiyəyə dəstəkdir: “Sizin kədəriniz bizim kədərimizdir. Arzumuz budur ki, tezliklə İzmirin göz yaşını Şuşanın işğaldan azad olunması xəbərilə ilə silək”.

Həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verilib, yaralılara Allahdan şəfa dilənib.Türkiyənin Gəncədəki Baş Konsulu Zəki Öztürk öz növbəsində göstərilən diqqət və dəstəyə görə minnətdarlığını bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İbn Sinanın bəhs etdiyi qida: zəkanı artırır, gözə dərman...
Məşhur aktrisadan şok iddia:
Son 70 ildə ilk: Onlar taclarından imtina etdilər

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı