Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
39898
az

Qarabağ döyüşləri davam edir – Paşinyan İlham Əliyevə təslim oldu

17:1309 Oktyabr, 2020
521
DÜNYA
  • A

Azərbaycan Ordusu sentyabrın 27-dən başlayaraq cəbhəboyu gedən döyüşlərdə həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində işğal altında olan torpaqlarımızın bir qismini azad edib. Beləliklə, ordumuz işğal altında olan doğma torpaqlarımızda həyata keçirilən döyüşlərdə üstünlüyü ələ alıb və şəhər, kənd və bir sıra yüksəkliklərin düşmən tapdağından azad olunmasına nail olub. Azərbaycan hərbi əməliyyatlarda əldə etdiyi uğurlarla yanaşı, diplomatik müstəvidə də irəliləyişlərə nail olunub.
“Oxu24.com” Report-a istinadən xəbər verir ki, Azərbaycan əsgərinin cəbhənin müxtəlif istiqamətlərində davam edən döyüşlərdə qazandığı qələbələr Ermənistan ordusunu sözün əsl mənasında qorxuya salıb. Elə bunun nəticəsidir ki, minlərlə canlı qüvvə, xeyli sayda silah-sursat və hərbi texnika itkisi ilə üzləşən Ermənistan ordusu artıq məğlubiyyəti ilə barışmaq ərəfəsindədir. 10 gün öncə erməni əsgərinin çiyinlərindən asdığı silahların, sürdüyü tankların Azərbaycanın şanlı Ordusu tərəfindən ələ keçirilməsi düşmən tərəfdə açıq-aşkar ruh düşkünlüyü yaradıb.

 

Görünən odur ki, şəxsi heyət sarıdan əziyyət çəkməyə başlayan Ermənistan ordusu əsgər qıtlığı ilə üzləşib. Eyni zamanda, bütün bu olaylar Ermənistanda daxili çaxnaşmalara gətirib çıxarıb. Ermənistanın baş naziri Nikol Paşinyan isə Azərbaycan Ordusu ilə davam edən döyüşlərdə məğlubiyyətlə üzləşdiyi bir dövrdə daxili qarşıdurmaların baş qaldırmasından ciddi narahatdır. Çünki davam edən döyüşlər fonunda Ermənistan iqtisadiyyatı bir az da böhrana uğrayıb. Belə bir vəziyyətdə Nikol Paşinyan Ermənistan vətəndaşlarının ona qarşı çıxacağından qorxur. Eyni zamanda, ölkədaxili siyasi qarşıdurmaların baş verəcəyindən qorxuya düşən Paşinyan narahatlığını özünə yaxın adamları vəzifədən kənarlaşdırmaqla ifadə etməyə başlayıb. Misal üçün, bu günlərdə Ermənistan prezidenti Armen Sarkisyan Paşinyanın diqtəsi ilə Arqişti Kərəmyanı Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsindən azad edib.

Təbii ki, hərbi əməliyyatlar davam edir və Azərbaycan bu əməliyyatlarla haqlı olduğunu bir daha sübut etdi. Eyni zamanda, sübut olundu ki, bu münaqişədə şərt irəli sürən ölkə yalnız Azərbaycandır və münaqişə yalnız Azərbaycanın irəli sürdüyü şərtlər əsasında həll oluna bilər. Həmin şərtləri isə Prezident İlham Əliyev “TRT Haber” televiziya kanalına müsahibəsində deyib:

“Ona görə, sadəcə, atəşkəsin bərpa edilməsi məsələsi müzakirə mövzusu ola bilməz. Bizim tələblərimiz var. Mən bunu artıq rəsmən bəyan etmişəm. Bizə çox ciddi zəmanətlər verilməlidir. Beynəlxalq vasitəçilər bizə bu zəmanətləri təsdiq etməlidirlər. Eyni zamanda, Ermənistanın işğal edilmiş torpaqlardan çıxmaq qrafiki, yəni cədvəli bizə verilməlidir, hansı gün hansı bölgədən çıxacaq. Təbii ki, o zaman müharibə dayanacaq. Çünki biz istəyirik ki, bu məsələ sülh yolu ilə həll olunsun, amma həll olunsun”.

Azərbaycan Ordusu tərəfindən düşmən qüvvələr geri çəkilməyə məcbur edilib və edilir. Təbii ki, düşmən bundan sonra da geri çəkilməyə məcbur ediləcək. Son 13 gündə baş verənlərə nəzər yetirsək, Ermənistanın artıq çıxılmaz duruma düşdüyünü müşahidə edərik. Çünki Azərbaycanın Ali Baş Komandanının əzmi və qətiyyətli addımları göstərdi ki, Ermənistanın başqa çıxış yolu yoxdur – Ermənistanın hərbi qüvvələri işğal altında olan torpaqlarımızdan çıxmalıdır.

Elə bu səbəbdən də Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən artıq ağ bayraq qaldırılır. Azərbaycana qarşı iddia və hikkələrlə danışan Paşinyan artıq kapitulyasiya olmaq astanasındadır. Ermənistan rəhbərliyinin danışıqlarda Azərbaycana şərt qoymaq, danışıqlar prosesinin formatını dəyişmək kimi bütün iddiaları darmadağın edilib. Hazırda Ermənistan Azərbaycanın tələb etdiyi şərtlər əsasında danışıqlar prosesinə getmək üçün bu gün özü yalvarır. Beləliklə, Paşinyan Azərbaycan Prezidentinə təslim oldu.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baqdasaryandan sensasion etiraf: Bizə yalan danışdılar, Azərbaycan hərbçiləri...
Ermənilər Xankəndini belə tərk edir - Qarabağdan qaçış başladı - VİDEO
Binəli Yıldırım Şuşaya gedib - FOTO

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR