Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
39665
az

Trampın adamı Paşinyanın istəyini gözündə qoydu - Türkiyə təyyarələrini...

12:5205 Oktyabr, 2020
727
DÜNYA
  • A

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdəki uğurlu əməliyyatları qarşısında o qədər çarəsiz qalıb ki, əlacı ABŞ Prezidenti Donald Trampın administrasiyasındakı müxtəlif vəzifəli şəxslərdə axtarmağa başlayıb.

Publika.az “Nyu York Tayms”a istinadən xəbər verir ki, o, Trampın Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obrayna zəng edərək prezidentlə danışmaq istəyini dilə gətirib.

R.Obrayn ona Trampla telefon danışığı təşkil edəcəyini söz versə də, D.Trampın koronavirusa yoluxması bütün planları alt-üst edib.

N.Paşinyan Obraynla telefon danışığı zamanı Türkiyənin Dağlıq Qarabağ münaqişəsindəki iştirakı barədə narahatlığını ifadə edib və bu mövzuda ABŞ prezidentindən kömək istəyib. Bundan əlavə, baş nazir Türkiyəyə məxsus ABŞ istehsalı F-16 qırıcılarından münaqişə zonasında istifadə edilməsi və guya onların təyyarələrini vurması barədə uydurma iddiasını yenidən səsləndirib.

Nəşr məqalədə Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu və 30 ilə yaxındır ki, Ermənistan ordusu tərəfindən işğal altında saxlanıldığını qeyd edib. Həmçinin, Ermənistanın Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə raket hücumları təşkil etdiyi vurğulanıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Microsoft”u külli miqdarda cərimə gözləyir - SƏBƏB
Hizbullah İsrailə 100 raket atıb
Böyük Britaniya Müdafiə Nazirliyi Ukraynaya qoşun yeritməyə ehtiyac görməyib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi