Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
39076
az

Arvadı Paşinyanla dalaşdı, İSTEFA VERDİ

23:2818 Sentyabr, 2020
585
DÜNYA
  • A

Paşinyan ailəsində hər şey qarışıqdır. Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Akopyan əri ilə mübahisə etdikdən sonra “Təbəssüm şəhəri” Fondunun Himayəçilik Şurasının sədri vəzifəsindən istefa verib.

Oxu24.com Axar.az-a istinadla xəbər verir ki, Akopyan öz gedişi barədə Feysbuk hesabında yazıb.

Ermənistanın AntiFake.am saytı baş nazirin ailəsində mübahisəyə nəyin səbəb olduğunu öyrənib.

Məlum olduğu kimi, Nikol Paşinyan şəxsi Feysbuk səhifəsində səhiyyə nazirinə “Yolyan” Hematoloji Mərkəzinin direktoru ilə əmək müqaviləsini uzatmaq tapşırığı verdiyini bildirib. Daha öncə Səhiyyə Nazirliyi Hematoloji Mərkəzin direktoru Samvel Danielyanla müqavilənin ləğvi barədə qərar qəbul etmişdi.

Problem ondan ibarət idi ki, professor Danielyanın vəzifəsinə Anna Akopyan namizəd idi. Arsen Torosyanın qərarı Hematoloji Mərkəzin tibb heyəti tərəfindən çox mənfi qarşılanıb. Onlar direktorun qanunsuz olaraq vəzifəsindən azad edilməsinə etiraz əlaməti olaraq ya işdən çıxacaqlarını, ya da qanunsuz qərara yenidən baxılmayacağı təqdirdə tətil elan edəcəklərini bildiriblər.

“Ölkədə və tibb müəssisələrində onsuz da gərgin olan vəziyyəti nəzərə alaraq, eləcə də vəziyyətin daha təhlükəli ola biləcəyini dərk edərək, Nikol Paşinyan professor Danielyanın işdən azad edilməsi qərarından imtina etmək qərarına gəlib. Lakin Anna Akopyan bu vəzifəyə namizədliyini israrlı şəkildə irəli sürməklə qanunsuz prosesin davam etdirilməsini tələb edib və gedən tibb işçilərinin yerinə öz adamlarının təyin olunacağını bildirdib. Nikol Paşinyan bunun əleyhinə idi” , - saytın mənbəsi bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lukaşenko üçüncü dünya müharibəsi ilə bağlı HƏYƏCAN TƏBİLİ ÇALDI
Türkiyədə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anıldı - FOTO
Maykl Cekson məşhur rəqsini azərbaycanlılardan “oğurlayıb” - VİDEO

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ