Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
38061
az

Əsir düşən erməni komandir pis hava şəraitində azıb? - Şuşan Stepanyan yenə özünü dolaşığa saldı

09:4024 Avqust, 2020
1294
DÜNYA
  • A

Xəbər verdiyimiz kimi, bu gün səhər saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib. Nəticədə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə baş leytenant Qurgin Alberyan əsir götürülüb.
Erməni mediası müdafiə nazirliyinin mətbuat katibi Şuşan Stepanyana istinadən yazıb ki, guya Ermənistan Silahlı Qüvvələrinin təxribat və kəşfiyyat qrupunun komandiri Qurgin Alberyan əlverişsiz hava şəraiti səbəbindən itkin düşüb və itib

Oxu24.com xəbər verir ki, ermənilərin belə insidentlərə "özlərinə məxsus” "don” geyindirməsi ilk dəfə deyil.

Müdafiə nazirliyinin bu gözəlçə sözçüçü dediyi sözüylə yenə də özünü, ümumiyyətlə işğal olunan Azərbaycan torpağından o komandirə göstəriş verən generalları dolaşığa salıb. Bu necə kəşfiyyat komandiridir ki, kompassız və xəritəsiz "yola” çıxıb və pis hava şəraitində azıb. Əslində Alberyanın sumkasında kompası da, xəritəsi olmamış deyil. Sadəcə onun "planlarını” duyan və qarşısını kəsən igid Azərbaycan əsgəri olub.

Yeri gəlmişkən, bu gün daha bir erməni hərbçisi cəhənnəmə vasil olub. Erməni mediası onun ürək tutmasından öldüyünü deyir. Ancaq çox böyük ehtimalla, o, Azərbaycan snayperinin gülləsinə tuş gəlib.

//konkret.az/cloud/uploads/2020/08/a96e60218c8fe5165cf8f36c17a78b71.jpg 669w" sizes="(max-width: 379px) 100vw, 379px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; margin: 5px 20px 20px 0px; max-width: 100%; height: auto;" />

Bu gün Tovuz şəhidlərinin qırxı idi. Gərək bu gün baş leytenanat yox, general ələ keçəydi. Yəqin yaxın zamanlarda o da olacaq. Və bötövlükdə torpaqlarımız işğaldan azad ediləcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Çin İsrail ərazisinə gecə hücumuna reaksiya verib
Ukraynada 600 uşaq müharibənin qurbanı olub
772-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO