Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
37042
az

Bill Qeyts koronavirusdan da qorxunc fəlakətdən xəbər verdi

00:3107 Avqust, 2020
820
DÜNYA
  • A
“Microsoft”un banisi Bill Qeyts nəticələri koronavirus pandemiyasının ziyanını üstələyəcək iqtisadi böhrandan xəbər verib. Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir. O, ən yaxın bir neçə onillikdə planetin iqlim dəyişikliyinin səbəb olacağı qlobal böhranla qarşılaşacağını proqnozlaşdırır. "Pandemiya nə qədər ağır olsa da, iqlim dəyişikliyi daha da pis ola bilər", - milyarder öz bloqunda yazıb. Qeyts hesab edir ki, fəlakətdən qaçmaq üçün atmosferə istilikxana qazlarının tullantılarının miqdarını əhəmiyyətli dərəcədə azaltmaq lazımdır. “Microsoft”un banisi koronavirus pandemiyası ilə ekoloji böhranın nəticələrini müqayisə edib. İnfeksiyadan ölüm sayı orta hesabla hər 100 000 əhaliyə 14 nəfər təşkil edib. Sahibkarın hesablamasına görə, yaxın 40 ildə Yerdəki yüksələn temperaturdan ölüm eyni sayda olacaq, 2100-cü ilə qədər isə bu rəqəm beş dəfə artacaq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin hökumətin yeni tərkibini təsdiqlədi
Əfsanə
Avropalı siyasətçilər Gürcüstanı BELƏ QARIŞDIRIR

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı