Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36628
az

Zelenskidən müsəlmanlara böyük JEST - Rəsmi status veriləcək

15:5031 İyul, 2020
594
DÜNYA
  • A

Ukrayna Prezidenti Vladimir Zelenski Qurban və Ramazan bayramlarına rəsmi status verilməsi ilə bağlı qərarı Nazirlər Kabinetinə təqdim edib.

Bu barədə Ukrayna hökumətinin rəsmi saytında qeyd edilib.

Bəyanatda vətəndaşların konstitusiya hüquq və azadlıqlarının, bütün dindarların bərabər hüquq və imkanlarından istifadə etmələrini təmin etmək üçün bu təklifin çoxmillətli və çox dinli Ukrayna cəmiyyətinin tarixinə, mədəniyyətinə və adət-ənənələrinə hörmət əlaməti olaraq verildiyi qeyd olunur.

Ukrayna prezidenti, eyni zamanda, “Twitter” səhifəsində ölkədə yaşayan müsəlmanların Qurban bayramını təbrik edib:

“Bu bayram inananların qəlblərini mərhəmət ve yaxınlarına sevgi ile doldurur, ümid ve ədalət işığı bəxş edir.

Biz Ukraynadakı müsəlman icmasının ölkə xalqının mənəvi zənginliyinə və müxtəlifliyinin qorunmasına və ölkədə dinlər arasında barışığın və harmoniyanın təmin edilməsinə verdiyi töhfələri yüksək qiymətləndiririk”.

O, müsəlmanlara cansağlığı, sülh və xoşbəxtlik arzulayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Netanyahunun kortejinə hücum cəhdi edildi
Ərdoğan CHP sədri ilə təkbətək görüşdü: bağlı qapılar arxasında... - FOTO
Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırılıb