Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
35852
az

“800 hektar itirdik, indi də Tavuşda…” – Ermənistanda itkilərə görə ETİRAZLAR BAŞLANDI

13:1619 İyul, 2020
505
DÜNYA
  • A

Tovuz döyüşlərində itkilərini gizlədən Ermənistanda narazılıq yaşanır.

Sfera.az xəbər verir ki, buna səbəb öldürülən erməni hərbçilərin ailələrinə yardımın edilməməsidir.

Sosial şəbəkələrin erməni seqmentində bu məsələ ətrafında iki qrup var: bir qrup keçmiş müdafiə naziri Viqen Sarkisyanın dövründə yaradılan və orduya dəstək məqsədilə hər kəsdən toplanan 1000 dramın yığıldığı fondun ölən və yaralanan hərbçilərə maliyyə yardımı ayırmasını tələb edir, hakimiyyətə yaxın digər qrup isə buna qarşı çıxır və bildirirlər ki, "bizim mübarizəmiz var”.

Erməni fəal Marine Manuçaryan Feysbuk səhifəsində bu haqda yazır: "Son döyüşlərdə öldürülən və yaralanan hərbçilərin ailələrinə kompensasiyasının verilməsinə qarşı çıxırlar. Burada deyərlər ki, 29 ildir respublikamız var, həmişə qaraçı olmusunuz və qaraçı olaraq qalacaqsınız”.

Manuçaryan daha sonra "aprel müharibəsi”ndə Azərbaycanın əraziləri azad etməsini xatırladaraq, Paşinyana yaxın qrupları tənqid edir.

"Buna inanmayacaqsınız, amma 800 hektar (əslində 2000 hektar ərazi azad olunub-red) itirildikdən sonra Jirayr Sefilyan Tavuş xəttində irəli getmək istəyir”, – erməni fəal yazır.

Qeyd edək ki, erməni hərbi birləşmələrinin Tovuz istiqamətində təxribat hücumu işğalçı ölkənin yüzlərlə hərbiçinin və çoxsaylı texnikasının məhv edilməsi ilə nəticələndi. 
 
(publika.az)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kremldən Dövlət Departamentinin ittihamına - Cavab
İrəvanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir
Rusiya daha bir kəndi nəzarətə götürdü

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Bakının mərkəzində turistə hücum edən gənclərə AĞIR CƏZA