Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
35555
az

Sensasion TƏFƏRRÜATLAR: “Burada erməni əsgərlər qırılır”

21:1515 İyul, 2020
773
  • A

“Ay qızım, gəl oğlunu apar, ona rus pasportu al, burada erməni əsgərlər qırılır”.

KONKRET.az-ın Rusiya bürosu xəbər verir ki, adının açıqlanmasını istəməyən diaspor üzvümüz erməni qadının Ermənistanda olan anası ilə telefon danışığının təfərrüatları barədə redaksiyamıza ətraflı məlumat verib.

Həmin danışıqlarda məlum olub ki, təkcə Quxerkunik rayonunun ucqar bir kəndində 30-a yaxın qəbir qazılıb. Lakin burada 18 nəfər erməni əsgəri basdırılıb.

Mərasim isə çox gizli keçirilir və heç bir video-çəkilişə icazə verilmir. 30 qəbir qazdıran keşiş isə naməlum istiqamətə aparılıb. Erməni anası qızına telefonda onu da deyib ki, Ermənistan hərbiçiləri vurğulayıblar ki, ölənlər vaxt gələcək qəhrəman adına layiq görüləcəklər. Amma bu gün öldürülən erməni əsgəri haqqında heç bir məlumat verilməməlidir.

Azərbaycan diaspor üzvü onu da saytımıza bildirdi ki, Perm şəhərindən olan ermənilərin hər biri 5 min rubl pul toplayaraq vətənlərinə kömək üçün göndəriblər. Baxmayaraq ki, bu pulların ünvanına çatmayacağını da bilirlər. Çünki hələ Aprel döyüşlərində Rusiyadan göndərilən pulların erməni generalı tərəfindən mənimsənildəyi faktı burada yaşayan və ya işləyən erməni ailələrinin yadından çıxmayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rəisinin helikopterini azərbaycanlılar tapıb - VİDEO
Polşada Rusiyaya
ABŞ BCM-nin Netanyahunun həbsinə order verməsinə icazə verməyəcək