Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
34191
az

İranda xəbər portalının rəhbəri edam olunacaq

13:0430 İyun, 2020
1037
DÜNYA
  • A

İran məhkəməsi xəbər portallarından birinin rəhbəri barəsində edam hökmü çıxarıb.

“Report” “Tasinim”ə istinadən xəbər verir ki, bunu İslam Respublikası Ali Məhkəməsinin sözçüsü Qulamhüseyn İsmaili bildirib.

Onun sözlərinə görə, “Amad nyuz” xəbər portalının rəhbəri Ruhullah Zam xarici kəşfiyyatdan yardım aldığı üçün 2019-cu il oktyabr ayının ortalarında İran İnqilab Keşikçiləri Qvardiyası tərəfindən həbs olunub.

Bildirilib ki, R.Zam 2017-ci ilin dekabrından 2018-ci ilin yanvar ayınadək İranda keçirilən etiraz aksiyalarını rəhbərlik etdiyi xəbər portalında fəal şəkildə işıqlandırıb.

O, inqilab əleyhinə fəaliyyət göstərməkdə ittiham olunub. Bildirilib ki, Fransa kəşfiyyatı R.Zamın fəaliyyətini idarə edib. O, ABŞ və İsrailin kəşfiyyat xidmətlərindən də maliyyə dəstəyi alıb.

Qeyd edilib ki, R.Zam Parisdə sürgündə yaşayıb. Onun harada və hansı şəraitdə həbs olunması barədə məlumat verilməyib. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin hökumətin yeni tərkibini təsdiqlədi
Əfsanə
Avropalı siyasətçilər Gürcüstanı BELƏ QARIŞDIRIR

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı