Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33724
az

Şəhərlər izolyasiya olunur, qadağalar sərtləşdirilir, evdən çıxmaq... – Dünya yenidən karantinə qayıdır

18:0823 İyun, 2020
481
DÜNYA
  • A

Koronavirus pandemiyasına görə dünyada tətbiq edilən karantin rejiminin tədricən yumşaldılması yoluxma hallarında ciddi artıma səbəb oldu. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), eləcə də digər beynəlxalq mütəxəssislər bunun “ikinci dalğa” olmasından şübhələnirlər. Avstraliyada müşahidə olunan vəziyyət bu şübhələri daha da artırır.

Bu ölkə COVİD-19 yayılmasının qarşısını almaqda qlobal uğur hekayələrindən biri hesab olunurdu. Virus yayılmağa başlayana sərhədlər bağlandı, səyahət edənlər məcburi karantinə alındı, sərt qaydalar tətbiq olundu. Nəticədə cəmi 7,400 yoluxma, 102 ölüm halı qeydə alındı. Bu ötən aya ola göstəricilər idi.

May ayından etibarən ölkə karantin rejimindən mərhələli şəkildə çıxmağa başladı. Lakin təhlükənin miqyası qabaqda idi və son bir həftədə Viktoriya ştatında, xüsusilə ştatın mərkəzi şəhəri Melburnda yoluxma hallarının sürətlə artması qorxulu mənzərə yaratdı.

13 iyundan başlayaraq hər gün 100-dən çox yoluxma halı qeydə alınır. Viktoriyanın sağlamlıq üzrə baş mütəxəssis professor Brett Sutton hesab edir ki, artıma səbəb insanların sürətlə normal həyata qayıtması və virusdan qorunmaq üçün lazımi vasitələrdən istifadəni dayandırmasıdır.

Avstraliya hökuməti virusun yayılmasına qarşı ştatda sərt karantin rejiminin yenidən tətbiq edilməsi qərarına gəldi. Qərara görə, Viktoriya ştatında fövqəladə vəziyyət 12 iyula qədər uzadılıb. Həmçinin, Melbornda “qaynar nöqtələr” müəyyənləşdirilib və 50 nəfərlik tibbi qruplar 1000-dən çox insanın əlaqəsini izləmək üçün səfərbər olunub. Yoluxma hallarının artacağı təqdirdə yenidən sakinlərin evdən çıxması qadağan olunacaq.

Səhiyyə rəsmiləri yayılmanın artmasına səbəb kimi aprel ayında “qucaqlaşma və öpüşmə” icazəsindən sonra ailə məclislərində baş verənləri göstərirlər.

Avstraliyanın baş infeksionesti Brendan Merfi bildirib ki, sərt qaydalar tətbiq olunmasa “ikinci dalğa” riski yüksəkdir.

Almaniya da bəzi əyalətlərdə sərt karantin rejiminin tətbiqinə başlayıb. Xüsusilə Şimali Reynin Gütersloh şəhərində 1500 nəfərin işlədiyi ət kombinatı zavodunda virusun yayılmasının aşkarlanması hökumətin təcili hərəkətə keçməsinə səbəb olub. Hökumət rəsmisi Armin Lasxet 360 mindən çox insanın yaşadığı Gütersloh şəhərində “profilaktiv tədbirlərin” iyunun 30-dək davam edəcəyini açıqlayıb.

Almaniya may ayından bəri ilk dəfədir belə addım atır. Bu ölkə virusa qarşı mübarizədə Avropa üçün nümunə kimi göstərilirdi, lakin yayılma riskinin hələ də yüksək olduğu deyilir.

A.Lasxet ət kombinatında yoluxma halını ölkədə ən böyük infeksiya hadisəsi adlandırıb.

“Qərar verildi ki, əlavə tədbirlər görmək lazımdır”, - o bildirib.

İnsanların başqa şəhərlərə getməsi qadağan olunmasa da, zavod işçilərinin yaşadığı binalar polis tərəfindən mühafizə olunur. Şəhərdə barlar, restoranlar, kinoteatrlar, idman salonları bağlanıb, restoranlardan yalnız yemək almaq mümkündür. Məktəb və uşaq bağçaları da bağlanıb. Daha sərt qaydaların tətbiq ediləcəyi gözlənilir.

Zavodun bütün işçiləri məcburi karantində yaşayacaq və onlara nəzarət etmək üçün üç polis bölməsinin əməkdaşlarının müşahidəsi altında tibbi yardım işçiləri ayrılıb. Artıq səlahiyyətlilər 7 mindən çox insanın yaşadığı binaları izolyasiya etmək üçün metal çəpərlərin hazırlandığını deyirlər.

Lakin ölkənin digər yerlərində də karantin rejiminin sərtələşdirilməsi istiqamətində addımlar atılır. Göttingen şəhərinin mərkəzində isə polislə sakinlərin qarşıdurması baş verib. Buna səbəb şəhərində mərkəzindəki yaşayış binalarının karantin altına alınmasıdır. Sakinlər evlərini tərk etmək istəyəndə polis müdaxilə edib. Rəsmilər sakinlərin şüşə və metal çubuqlarla polislərə hücum etdiyini deyir.

Avropanın digər ölkələrində də yumşalan karantin rejimi yenidən sərtləşdirilir. İspaniyanın şimal-şərqində yerləşən Araqon bölgəsinin Huesca əyalətində 68 min sakin sərt karantin altına alınıb.

İngiltərədə mövcud məhdudiyyətlər iyulun 4-nə qədər qüvvədə saxlanılıb. Bütün iaşə obyektləri, kinoteatrlar, muzeylərin fəaliyyəti və digər kütəvi tədbirlərin qadağası qüvvədədir. Hökumət hazırda sosial məsafənin saxlanılması üzərində işləyir. Müxalifət 2 metr məsafənin ticarətə ciddi ziyan vuracağını desə də, başqa çıxış yolunun olmadığı hesab olunur.

Hökumət bildirir ki, məhdudiyyətlər 4 iyuldan etibarın aradan qaldırılacaq, lakin ondan sonra vəziyyət müşahidə altına alınacaq, yoluxma halları artacaqsa, qadağaların qüvvəyə minməsi yenidən gündəmdədir.

Son bir həftədə dünyanın müxtəlif ölkələrində virusun yayılmasında artımlar müşahidə olunur. Artıq onlarla ölkə yumşalma tədbirlərini təxirə salır, məhdudiyyətlərin yenidən tətbiqinə başlayır.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İranda prezident seçkilərinin keçiriləcəyi tarix AÇIQLANDI
Rəisinin helikopteri fövqəladə vəziyyət siqnalı verməyib? - Türkiyəli nazirdən AÇIQLAMA
Mühəndis pilot açıqladı: Helikopterin qalıqları sübut edir ki...

Azərbaycanda tədavülə yenilənmiş metal pul nişanları buraxılıb

18+

Küçədə qıza hücum edən şəxs kameraya düşdü (18+VİDEO)
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Külli miqdarda aksiz markasız siqaret aşkarlandı - FOTO