Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33443
az

SON DƏQİQƏ! Azərbaycan koronavirusla bağlı təhlükəli ölkələr siyahısına düşdü

15:5219 İyun, 2020
927
DÜNYA
  • A

Almaniya Federativ Respublikası koronavirus pandemiyası ilə bağlı Azərbaycanı riskli ölkələr siyahısına salıb.

Almaniyada yoluxucu xəstəliklərin öyrənilməsi ilə məşğul olan Robert Kox İnstitundan Xeber.de-yə verilən məlumata görə, siyahıda olan 130 ölkə koronavirusa görə səyahət üçün təhlükəli hesab edilir.

Artıq Almaniya Xarici İşlər Nazirliyi rəsmi internet saytında siyahıda olan ölkələrə səyahət etməməklə bağlı bildiriş yayımlayıb. 
Riskli ölkələrdən Almaniyaya gələcək olanlar isə, məcbur 14 gün karantin nəzarətində saxlanılacaqlar. 

İspaniya və İtaliyadan sonra üçüncü ən populyar tətil yeri olan Türkiyənin də riskli ölkələr siyahısında olması milyonlarla insanı yay tətili planını dəyişdirmək məcburiyyətində qoyub. 

Robert Kox İnstitundan bildirilib ki, Avropa Birliyi vətəndaşları üçün riskli ölkələrin sayı 160-dır. Almaniya üçün 130 riskli ölkə siyahısı Federal Səhiyyə Nazirliyi, Federal Xarici İşlər və Federal Daxili İşlər Nazirliyinin birgə təhlili və qərarı əsasında tərtib olunub.(yeniavaz.com)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Moskvaya qar yağacaq
Sinqapurda F-16 qırıcı təyyarəsi qəzaya uğradı
Lukaşenko da Rusiyaya getdi

ATV kanalı yutubda 1 milyondan çox abunəçi yığdı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
2 evdən 3400 manatlıq qızıl oğurlayan qadın saxlanıldı