Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
32794
az

İranda qorxunc olay: Azərbaycanlılar şallaqlandı (FOTO)

12:5509 İyun, 2020
1383
DÜNYA
  • A

Beynəlxalq qanunlara zidd olan şallaq cəzasına və cəriməyə məhkum edilən iki Güney azərbaycanlı milli fəala Urmiyada şallaq vurulub.

Teleqraf.com-un məlumatına görə, fəallar barədə verilən 20 şallaq cəzası Urmiya məhkəməsində icra olunub.

İran məhkəməsi Əli Əzizi, Elyar Hüseynzadə, Yasin Həsənpur, Keyvan Paşayi, Əmin Zare və Salar Tahir Afşar barəsində 2019-cu ilin noyabr etirazlarında iştirak etdiklərinə görə şallaq və 1.5 milyon tümən cərimə cəzası vermişdi.

Fəallar "ictimai asayişi pozmaq”da ittiham olunur. Lakin onlar barələrində irəli sürülən ittihamları rədd edir və bunun siyasi sifariş olduğuna şübhə etmirlər.

Beynəlxalq insan haqları təşkilatları şallaq cəzasını insan haqlarının pozulması və işgəncə nümunəsi olaraq dəyərləndirir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı aprel ayında beynəlxalq ictimaiyyətin təzyiqi ilə şallaq cəzasını ləğv edib.
 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İranın keçmiş prezidenti Rəisinin öldüyünü elan etdi
Dərslər dayandırılır
Rusiya Xarkovu vurdu: Ölənlər var

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Sumqayıtda meyit tapıldı