Qaynar xətt:

(+99450) 247 90 86

Erməni avtoritetlər Rusiya həbsxanasından çıxdılar

DÜNYA

1257

25.06.2018, 12:31

\"\" İki erməni kriminal avtoritet – 52 yaşlı Ruben Kosyan (Ruben İvanovski) və 40 yaşlı Arsen Mkrtçyan (Arsen Yerevanski) Rusiya həbsxanasından azad edilib. Oxu24.com  xəbər verir ki, bununla bağlı “Praym Kraym” agentliyi məlumat yayıb. Hər iki avtoritet cəzalarını başa vurublar. Kosyanın təsir sahəsi İvanosk vilayəti, Mkrtçyanınkı isə Kalujsk olub.   Agentliyin məlumatına görə, Mkrtçyan sağlamlığı ilə əlaqədar ona verilmiş cəzanın 2 il 10 aylıq hissəsindən azad edilib. Ancaq səhhəti ilə əlaqədar ona qoyulmuş ölümcül diaqnoz Mkrtçyana “Mercedes-Benz W222” avtomobilinin sükanı arxasına keçməkdə mane olmayıb.