Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
30826
az

Ermənilərə dəstək verən general öldü — FOTOLAR

21:3509 May, 2020
622
DÜNYA
  • A

Moskvada istefada olan general-mayor, Rusiya Müdafiə Nazirliyinin eksperti və dəfələrlə Çeeçenistan parlamentinin, Rusiya Dövlət Dumasının deputatı olmuş İbrahim Süleymanov 67 yaşında ölüb.

General Süleymanov milliyətcə çeçendir, 2000-2002-ci illərdə Çeçenistanda federal qoşunların keçirdiyi əməliyyata rəhbərlik edib və qiyamçı çeçen lideri Cövhər Dudayevin şəxsi düşməni olub. O, iki gün əvvəl,  mayın 7-də ölüb.

İbrahim Süleymanov həm də Qarabağ müharibəsində ermənilərə dəstək verməsi ilə tanınır.

İbrahim Süleymanov 1953-cü ildə Qazaxıstanda, sürgün edilmiş çeçen ailəsində anadan olub, Leninqrad ali hərbi məktəbini bitirib, 1988-ci ildə SSRİ Silahlı Qüvvələrinin Baş qərargahının Hərbi Akademiyasını bitirən ilk çeçen zabiti olub. SSRİ dağılanda Süleymanov polkovnik rütbəsi daşıyırdı. 1991-ci ildə o, sovet ordusunda xidmət edən bir çox çeçen zabitləri kimi general Cövhər Dudayevin rəhbərlik etdiyi çeçen xalqının birləşmiş Konqresinə üzv olub, Çeçenistan parlamentinə seçilib. “İçkeriya” silahlı qüvvələrinin yaradılmasında iştirak edib, amma 1992-ci ildə Dudayevlə münasibətləri korlanıb və ona qarşı müxalifətə keçib. O, öz tayfasını və bütün çeçenləri Dudayevə qarşı mübarizəyə çağırıb, nəticədə Dudayev Süleymanovu şəxsi düşməni adlandırıb. 1994-cü ildə həbs olunub və bir il sonra federal qoşunlar tərəfindən həbsxanadan azad edilib. Moskvanın tərəfinə keçən Süleymanova 1995-ci ildə general rütbəsi verilib.

Qarabağda müharbə gedəndə İ.Süleymanov ermənilərin tərəfini saxlayıb və Azərbaycan rəhbərliyini tənqid edib. Nəticədə ermənilərin simpatiyasını, azərbaycanlıların isə nifrətini qazanıb.

Son vaxtlara qədər Süleymanov Rusiya mətbuatında hərbi ekspert kimi Qarabağ məsələsində ermənilərin xeyrinə olan şərhlərlə çıxış edirdi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Belqorodda ölənlərin sayı 14-ə çatdı - YENİLƏNDİ
Şoyqu bu vəzifəyə təyin edildi
Putin onu müdafiə naziri postuna təklif etdi

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər