Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
30127
az

Dünya 3-cü müharibənin kandarından döndü: Rusların nüvə raketlərini daşıyan təyyarə 4 ölkənin...

13:2330 Aprel, 2020
737
  • A

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Tu-160 nüvə potensiallı döyüş təyyarələri Avropanın şimalında 8 saat boyunca uçuş həyata keçirib.

Publika.az xəbər verir ki, ölkənin Müdafiə Nazirliyi uçuşdan 1 dəqiqəlik video yayımlayıb.

Nazirlikdən verilən məlumatda bildirilib ki, 12 ədəd nüvə raketi daşıyan strateji bombardmançılar 4 ölkənin – Polşa, Danimarka, İsveç və Finlandiya qırıcıları tərəfindən mühasirəyə alınıb.

Görüntülərdə Danimarkaya aid F-16 təyyarəsinin rus qırıcıların qarşısını kəsdiyi əks olunub.

Rəsmi Moskva sözügedən əngəlləmənin Tu-160-ların Baltik dənizinin beynəlxalq hava məkanında uçduğu əsnada gerçəkləşdiyini bildirir.

NATO-ya göz dağı vermək üçün tez-tez Baltik dənizinin hava məkanında uçuşlar həyata keçirən Rusiya daha əvvəl də bənzər gərginliklərə yol açıb.

Ötən il Baltik dənizi üzərində Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun da içində olduğu özəl təyyarəyə NATO-ya aid qırıcının yaxınlaşması şimşək yüklü buludların toqquşmasına səbəb olmuşdu.

Son illərdə ABŞ başda olmaqla, digər NATO üzvlərinin Rusiya ilə sərhəd ərazilərdə gerçəkləşdirdiyi təlimlər gərginliyi Soyuq müharibədən sonra ən yüksək səviyyəyə çıxarıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ankarada cinayət təşkilatına
Əziz Sancar Azərbaycana gələcək
Rusiyada  oğurluq etdiyinə görə saxlanılan amerikalı hərbçi günahını etiraf edib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Yardımlıda narkokuryerlərdən 15 kq marixuana aşkarlandı