Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
27963
az

Huawei şirkəti koronavirusu 2 dəqiqədə müəyyən edə bilən texnologiyanı sınadı

21:4002 Aprel, 2020
377
  • A

Koronavirusa qarşı mübarizəyə əhəmiyyət verən Huawei şirkəti, koronavirusun 2 dəqiqədə müəyyən edilməsi üçün xəstəliyi təsbit edən sistem üzərində işləyir.

Koronavirusun təsbitində süni intellektin istifadə edilməsi üçün texnologiya şirkətləri araşdırma aparırlar. DarwinAI şirkətinin ağciyərlərdə koronavirusun zərərlərini müəyyən edən süni intellektinə bənzər bir araşdırmanı indi Huawei də reallaşdırır.

Bu günə qədər aparılan araşdırmalara görə koronavirus, zədələdiyi insanların ağciyərlərini hədəfə alır. Bu səbəblə yoxlanılmadığı hallarda koronavirus bəzən sətəlcəm ilə səhv salınır. Koronavirusun ağciyərlərə verdiyi zərərlərin rentgenlə də göstərilməsi, xəstəliyin süni intellekt ilə müəyyən edilə bilməsini təmin edir.

Huawei də Huawei Cloud platformasında toplanan ağciyər rentgen məlumatları ilə yaradılan süni intellekt 2 dəqiqəyə koronavirusu müəyyən edə bilir. Sistem indi ekvatordakı bəzi xəstəxanalarda təcrübədən keçirilir. Xəstəliyi təsbit edən sistemin istifadə edildiyi bu xəstəxanalarda 98% nisbətində doğru cavab təmin edildi.

Huawei, həmin sistem üçün hal-hazırda Çindəki koronavirus xəstələrinin ağciyər rentgen şəkillərinin məlumatlarını istifadə edir. Ancaq şirkət, məlumat dairəsini böyütmək üçün də araşdırmaları davam etdirir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkədə “İphone” bəyənilmir – Satışlar getdikcə azalır
Yaponiyada 6,9 bal gücündə zəlzələ - ANBAAN VİDEO
2,7 milyon dollarlıq kitab oğurluğunun üstü açıldı

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü