Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
26998
az

Azərbaycanlıların yaşadığı rayonlar karantinə alındı, əraziyə hərbi bölmələr yerləşdirildi

09:2923 Mart, 2020
548
DÜNYA
  • A

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli və Bolnisi rayonlarında koronavirusun yayılma riski ilə əlaqədar sərt karantin rejimi elan edilib.

Oxu24.com  APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxaria keçirdiyi brifinqdə məlumat verib. Bildirib ki, karantinlə əlaqədar həmin rayonlara giriş-çıxış məhdudlaşdırılır, bütün obyektlər bağlanılır və əraziyə yalnız tibbi vasitələr və ərzağın gətirilməsinə icazə verilir. Baş nazir qeyd edib ki, sözügedən rayonlarda yalnız kritik infrastruktur obyektlərinin fəaliyyətinə icazə veriləcək. Məhdudiyyətin rayonların daxili nəqliyyatına və insanların sərbəst hərəkətinə də tətbiq ediləcəyi, yalnız qida və tibbi vasitələr əldə etmək üçün hərəkətə icazə veriləcəyi bildirilib. Bundan başqa həkimlərin protokoluna əsasən rayon sakinlərinə kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olmağa davam etmələri üçün imkan yaradılacağı qeyd olunub.

Baş nazir bildirib ki, Marneulidə yoluxma təsdiqlənmiş qadının virusa hansı mənbədən yoluxması müəyyən edilməyib,  bu isə  artıq ölkədə daxili yoluxmaların baş verməsini göstərir.

“Epidemoloqlara görə, yoluxma onlarla insanın iştirak etdiyi ritual zamanı baş verib. Biz artıq onunla təmasda olan 90 nəfəri müəyyən etmişik, ancaq bu heç bir məna ifadə etmir, vəziyyət çətindir. Bu, artıq daxili yoluxmaların qeydə alınmasıdır. Hər zaman bu mərhələyə hazır olmağa çalışırdıq. Bununla belə, bütün hazırlıqlara baxmayaraq vəziyyət çox çətindir”, – deyə G. Qaxaria bildirib.

Həmin rayonlarda sərt karantin vəziyyətinin idarə edilməsi isə Baş nazirin müşaviri Sozar Subariyə tapşırılıb.

Hökümətin qərarından sonra karantin elan olunan rayonlarda  hərbi texnikalar, habelə çadır və xüsusi texnika yüklənmiş onlarla nəqliyyat vasitəsi yerləşdirilib.

Ölkənin Müdafiə naziri İrakli Qaribaşvili bildirib ki, Qurumlararası Kordinasiya Şurasının qərarına əsasən Müdafiə Nazirliyi sərt karantin rejimində koronavirusun yayılma riskinin azaldılması məqsədi ilə Marneuli və Bolnisidə profilaktik tədbirlərin görülməsi prosesində iştirak edəcək. Bundan başqa hərbi bölmələr Bolnisi və Marneulidə  xüsusi buraxılış məntəqələrinin mühafizəsini təşkil edəcək.

Qeyd edək ki, ötən gün Marneuli rayonunda 54 yaşlı azərbaycanlı qadında koronavirusa yoluxma təsdiqlənib. Həmin qadının virusa hansı şəraitdə və kimdən yoluxmasını müəyyən etmək mümkün olmayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb
İranda prezident seçkilərinin keçiriləcəyi tarix AÇIQLANDI
İranda bu tarixdə seçkilər keçiriləcək

Azərbaycanda tədavülə yenilənmiş metal pul nişanları buraxılıb

18+

Küçədə qıza hücum edən şəxs kameraya düşdü (18+VİDEO)
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Külli miqdarda aksiz markasız siqaret aşkarlandı - FOTO