Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
26705
az

Baş narkoloq koronavirusla mübarizə haqqında - Spirtli içki heç nəyə kömək etməyəcək!

18:4617 Mart, 2020
553
DÜNYA
  • A

Rusiya Səhiyyə Nazirliyinin baş narkoloqu Yevgeni Bryun bildirib ki, koronavirusla mübarizədə spirtli içki içmək nə xəstəliyə, nə də profilaktikaya kömək edəcək.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ekspert alkoqollu içkilərin xəstəliyi daha da şiddətləndirdiyini bildirib:

“Hər hansı infeksiya toksikozdur və alkoqol toksikozu artırır, odur ki, vəziyyət daha da pisləşəcək. Bu, xəstələrə aiddir”.

Onun sözlərinə görə, profilaktik məqsədlər üçün əlləri alkoqolla silmək faydasızdır - bir neçə dəqiqədən sonra spirt yox olur, odur ki, əlləri yenidən spirtləmək məcburiyyətində qalacaqsınız.

“Bəziləri ağız boşluğunu və yemək borusunu dezinfeksiya etmək üçün alkoqol içir, amma unudur ki, virus bədənə yalnız ağız boşluğundan deyil, gözlər və burnun selikli qişası vasitəsilə də daxil olur. Bu orqanlara spirt əlavə etmək problemlidir. Odur ki, bunların hamısının mənası yoxdur”, - deyə narkoloq qeyd edib.

Y.Bryunun sözlərinə görə, əsas diqqət etməli olduğumuz qayda əlləri təmiz saxlamaq, gözləri, üzü su ilə yumaqdır. Lakin maskaların effektivliyi sadəcə cəfəngiyatdır, virusun nüfuz edə biləcəyi boşluqlar çoxdur.

İnsanların evdə nə etməli olduqlarına dair verilən sualı baş narkoloq belə cavablandırıb:

“Bir adam asudə vaxtını səmərəli keçirə bilmirsə, bu fəlakətdir. Kitab oxuyun. Televizora baxmağı tövsiyə etmirəm, buna alışırsınız, yorucu reklamlar elə hey davam edir, verilişlər təşviş yayır. Bu infeksiyadan qorxmaq lazım deyil, yalnız ümumi qaydalara əməl edirsən, su içirsən, gigiyenik qaydalara riayət edirsən və özünü təmiz saxlayırsan”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dərslər dayandırılır
Türkiyə ordusu 5 PKK-çını məhv etdi
Latviya Parlamentinin sədri Azərbaycana gəldi

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb