Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
25403
az

Rus qoşunları Azərbaycan-Ermənistan sərhədinə gətirilir? – SƏFİRDƏN QALMAQALLI AÇIQLAMA

12:3728 Fevral, 2020
3222
DÜNYA
  • A

"KTMT adı altında rus qoşunlarının Azərbaycan - Ermənistan sərhədində yerləşdirilməsi mümkün görünmür və yolverilməzdir”.


Oxu24.com  xəbər  verir   ki,  Sfera.az-a açıqlamasında bu sözləri Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin "KTMT Ermənistan və Azərbaycan sərhədində sabitliyi təmin edə bilər” fikrinə münasibət bildirərkən, politoloq Nəzakət Məmmədova deyib.

 

Politoloqun fikrincə, Rusiyanın İrəvandakı səfirinin bu açıqlaması əslində Azərbaycanın içərilərinə doğru genişlənmək məqsədi daşıyır:

 

"Rusiyanın Ermənistanda hərbi bazası var. Deməli, artıq onlar öz qoşunlarını Ermənistan Azərbaycan sərhədində də yerləşdirməyi düşünürlər. Moskva bütün Cənubi Qafqazı öz nəzarəti altına almağa çalışır. Bunun üçün də müxtəlif ekspansionist addımlara əl atır ki, bu addımlardan biri də məhz qonşu ölkələrin ərazisində özlərinin hərbi bazalarını yaratmaqdır. Kreml hətta Dağlıq Qarabağda sülhməramlılar adı altında özünün hərbi bazasını yerləşdirmək niyyətindədir. Sərhədlərin mühafizəsini təşkil etmək məsələsini gündəmə gətirmələri də məhz bu niyyətə xidmət edir”.

 


Politoloq hesab edir ki, bu qədər xərc çəkərək qoşunları sərhədə gətirməkdənsə, Moskva Ermənistandan atəşkəsi pozmamağı tələb etsə, daha effektli olar:

 

"Bütün hallarda səfirin həmin açıqlaması Azərbaycanın sərhədlərinə bilavasitə nəzarət etmək, ölkəmizə nüfuz etmək, bütün Qafqaza nəzarət etdiyini, burada güc sahibi olduğunu Qərbə göstərmək məqsədi güdür. Bu həm də Azərbaycana psixoloji təsir göstərmək niyyətindən doğur. Bu gün Azərbaycan Ermənistan sərhədinə KTMT adı ilə gələn Rusiya qoşunları sabah gəlib Dağlıq Qarabağda oturacaq. Bu isə mərhələli şəkildə Azərbaycana hərbi nüfuz etmək siyasətidir. Ola bilər bununla gələcəkdə Dağlıq Qarabağda sülhməramlı adı altında rus qoşunlarının yerləşdirilməsinə Azərbaycan vətəndaşlarını psixoloji cəhətdən hazırlamaq, buna reaksiyamızı bilmək istəyirlər”.

 

Günün təklif olunan videosu:

Polis çay evinə basqın etdi: Gördüklərindən şoka düşdülər +VİDEO

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Aİ İrana başsağlığı verib
Pakistanda İran Prezidentinin ölümü ilə əlaqədar matəm elan edildi
Rəisinin ölməzdən öncə son fotosu

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Polis Ağcabədidə əməliyyatlar keçirdi