Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
23788
az

Müqavilə təsdiqləndi: ABŞ Türkiyə sərhədinə ordu yığır

21:4501 Fevral, 2020
665
  • A

Yunanıstan parlamenti ABŞ-la hərbi əməkdaşlığı genişləndirməyi nəzərdə tutan müqaviləni təsdiq edib.

Oxu24.com xəbər verir ki, layihə Yunanıstan hərbi bazalarında (Larissa, Stefanovikio və Dədəağac) Amerika hərbi qüvvələrinin sayının artırılmasını nəzərdə tutur.

Bu məqsədlə ABŞ Silahlı Qüvvələrinə məxsus əlavə döyüş gəmiləri, qırıcı təyyarələr və zirehli texnikalar Yunanıstan ərazilərinə dislokasiya ediləcək.

Anlaşmanın qəbul edilməsindən sonra açıqlama verən ABŞ Dövlət katibi Mayk Pompeo müaviləni hərbi əməkdaşlığın genişləndirilməsi üçün “məhək daşı” adlandırıb.

Müdafiə əməkdaşlığı anlaşması Pompeonun ötən ilin oktyabr ayında Afinaya səfərində imzalanmışdı. Layihənin qəbul edilməsindən bir gün əvvəl isə Yunanıstan Baş naziri Kiriakos Miçotasik Fransa döyüş gəmilərinin Aralıq dənizinin şərqində yerləşdiriləcəyini açıqlamışdı.

Yunanıstan hökuməti Türkiyənin Aralıq dənizinin şərqində təbii qaz axtarışlarına başlamasından sonra hərbi yardım üçün ABŞ-a müraciət etmişdi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Çin İsrail ərazisinə gecə hücumuna reaksiya verib
Ukraynada 600 uşaq müharibənin qurbanı olub
772-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər