Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
23223
az

Adamları girov götürən erməni təslim oldu

19:1923 Yanvar, 2020
590
DÜNYA
  • A

İrəvan şəhərindədki “Erebuni-Plaza” Ticarət Mərkəzinə silahlı basqın edən şəxs polisə təslim olub.

Oxu24.com-un Cebhe.info-ya istinadən məlumatına görə, bu gün saat 14.50 radələrində “Erebuni-Plaza”da tapançadan atəş açaraq kafedəki insanları girov götürən şəxsin Aşot Aqaronyan olduğu müəyyənləşib.

Aqaronyan silahını polisə təhvil verib. Rəsmi məlumata gröə, hadisə nəticəsində xəsarət alan olmayıb. Ermənistan Polisinin rəisi Arman Sarkisyanla aparılan danışıqlardan sonra Aşot Aqaronyan silahını verərək təslim olmağa razılaşıb.

Hadisənin səbəbləri dəqiqləşdirilir. Qeyd edək ki, Ermənistanın eks-prezidenti Robert Köçəryanın ofisi də “Erebuni-Plaza”da yerləşir. Hadisə ilə bağlı jurnalistlərin suallarını cavablandıran ofisin rəhbəri Viktor Soqomonyan insidentin onlarla bağlı olmadığını deyib.

Köçəryanın nümayəndəsinin sözlərinə görə, hadisə baş verən zaman nahar vaxtı olduğundan ofiisdə heç kim olmayıb. “Bundan sonra ofisə qayıda bilmədik. Çünki polis ərazini bağlamışdı. Bu hadisənin ikinci prezidentin ofisi ilə və bizimlə nə qədər əlaqəli olduğunu bilmirəm”- Soqomonyan belə söyləyib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil
Bakıdakı separatçılar ailələri ilə əlaqə saxladı
İçində uşaqlar olan qayıq çevrildi - ANBAAN VİDEO

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
23 yaşlı tələbə vəfat etdi