Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2297
az

​​​​​​​Ruslara hücum edən döyüşçüləri ABŞ hazırlayıb: 87 ölü... – ŞOK İDDİA

12:4328 May, 2018
1038
DÜNYA
  • A
Suriyada Rusiya hərbi qulluqçularına hücumun arxasında Amerikanın Et-Tanf bazasında hazırlıq keçmiş döyüşçülər dayana bilər.

Oxu24.com “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, belə versiyaya Rusiyanın Müdafiə Nazirliyində baxılır.

Bəzi məlumatlara görə, hücumdan 2 gün əvvəl Deyr-ez-Zor əyalətinə Et-Tanf bazasında hazırlıq keçmiş döyüşçülər qrupunu atıblar. Rusiyanın Müdafiə Nazirliyi hazırda sözügedən qrupun hücumda iştirak edib-etmədiyini müəyyənləşdirir.

Xatırladaq ki, mayın 23-də döyüşçülər qrupu Suriya ordusunun artilleriya batareyasına hücum edib. Döyüş bir saata yaxın davam edib. Hücum nəticəsində 4 Rusiya hərbi məsləhətçisi həlak olub, 43 döyüşçünün zərərsizləşdirildiyi bildirilir.

Qeyd edək ki, Rusiya 2015-ci ilin sentyabrından Suriyada hərbi əməliyyatlar keçirir. “Kommersant” nəşrinin hesablamalarına görə, Suriyada indiyə kimi 87 rusiyalı həlak olub. 2017-ci ilin sonunda isə Müdafiə Nazirliyi 41 hərbçinin həlak olduğunu rəsmən açıqlamışdı. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada universitet karantinə bağlandı
Ankara və Afina arasında həlli mümkün olmayan məsələ yoxdur - Ərdoğan
Belqorodda ölənlərin sayı 14-ə çatdı - YENİLƏNDİ

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər