Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
22493
az

İranlı generaldan ABŞ-a gözdağı: “48 saata beş min əsgər itirərdi”

15:2510 Yanvar, 2020
747
DÜNYA
  • A

 

“Şəhid Süleymani” ABŞ-ın ən vacib bazalarından birinə qarşı keçirilən böyük əməliyyat idi və bütün regionda davam edəcək.

Bu sözləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələrinin komandiri, general Əmir Əli Hacızadə Tehranda keçirdiyi mətbuat konfransında bəyan edib.

Bu barədə “Haber Global” məlumat yayıb.

O, bu əməliyyatla heç kimi öldürmək niyyətində olmadıqlarını bildirib:

“Ancaq onlarla ölü və yaralı “C-130” təyyarəsi ilə daşındı. Əgər biz kimlərisə öldürmək niyyətində olsaydıq, əməliyyatın ilk mərhələsini 500 nəfərin öləcəyi şəkildə planlaşdırardıq. Qarşılıq verilsəydi, vəziyyət dəyişərdi və ABŞ əsgərlərinə qarşı heç bir məsuliyyətimiz olmazdı. İkinci və üçüncü mərhələdə ABŞ 48 saat içində 4-5 min əsgər itirərdi”.

O, “Fateh-313” və “Qiam” raketlərinin istifadə edildiyi əməliyyatdan sonra ABŞ helikopterlərinin yaralıları İordaniya və İraqdakı xəstəxanalara daşımaq üçün ən azı doqquz uçuş həyata keçirdiyini vurğulayıb. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Finlandiyada rusların mənzillərinin müsadirəsini qanuniləşdirmək istəyirdilər
Tbilisidə etirazçılar parlament binası qarşısında - VİDEO
ABŞ ordusu Baltimorda körpünün bir hissəsini partladıb

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı