Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
22007
az

Generalın qızı prezidentə "Atamın qısasını kim alacaq"

01:3305 Yanvar, 2020
666
DÜNYA
  • A
ABŞ tərəfindən öldürülən iranlı general Qasım Süleymaninin qızı evlərinə başsağlığına gələn İran prezidenti Həsən Ruhaniyə “Atamın intiqamını kim alacaq?” sualını verib. Oxu24.com İran mediasına istinadla xəbər verir ki, son iki gündə Qasım Süleymaninin evini yüzlərlə tanınmış insan ziyarət edərək, ailəsinə başsağlığı verib. Generalın evinə gələnlərdən biri də prezident Həsən Ruhani olub. İranın dövlət televiziyası bu ziyarəti canlı yayımlayıb. Ziyarət zamanı Qasım Süleymaninin qızı olduğu, amma adı çəkilməyən gənc xanım Həsən Ruhaninin “Allah sizə səbr versin, bunun əvəzini çıxacağıq”,- sözünə qarşılıq olaraq “Atamın intiqamını kim alacaq?” - sualını verib. Prezident Ruhani buna cavab olaraq “Alacağıq, hər birinin intiqamını alacağıq, narahat olmayın”, - cavabını verib. Qeyd edək ki, ABŞ tərəfindən öldürülən general Qasım Süleymaninin iki qızı, iki oğlu var. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Belqorod vilayəti üzərində Ukraynaya məxsus raket məhv edilib
Şolz Rəfahda tammiqyaslı quru əməliyyatından danışıb
Rusiya və Şimali Koreya SSRİ-dən sonra ilk dəfə turist mübadiləsi aparıblar

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO