Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2076
az

Bu qadınların 4 burun dəliyi var - Səbəbi isə təəcüb yaradır

10:1323 May, 2018
1091
DÜNYA
  • A
 
Səudiyyə ərəbistanlı fotoqraf Ömər Reda şimal-şərqi Hindistanın Apatani kəndində yaşayan qadınların illərdir sürdürdüyü bir ənənəyə diqqət çəkib.

Oxu24.com  xəbər verir ki, Reda Apatani qadınlarının burunlarına nə səbəblə burun tıxacı taxdıqlarını öyrəndikdə təəcübləndiyini deyib.

Burunlarının kənarına yerləşdirilən qara burun tıxacları Hindistandakı Apatani qadınlarının qırışmış üzlərini önə çıxarır. Bu qəribə ənənənin səbəbi isə köhnə dövrlərdə qəbilələr arasında qadınların qaçırılmasıdır. Apatani qəbiləsi öz qadınlarını digər qəbilələrin qadınları ilə qarışdırmamaq üçün burunlarına dəlik açırdılar. Beləliklə qaçırılan qadınların öz qəbilələrindən və ya başqa qəbilələrdən olduqları bilinirdi.

Qonşu qəbilənin kişilərinə qarşı daha az çəkici hala gəlmək üçün burunlarının kənarlarına tıxac taxan və döymə etdirən qadınlar zaman keçdikcə mədəni bir hadisəyə dönüşüb.

Döyməli xətlər alnının yuxarısından alt çənəyə doğru düz şəkildə çəkilib. Bu ənənə 1970-ci ildən bəri davam etdirilmir, amma qeyri-adi ənənə bu kəndə turist çəkməyə davam edir.

Qəbilədə Donyi-Polo adlanan din hökm sürür və əhali Günəş və Aya dua edir.


  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto
“WhatsApp”da yeni funksiya yaradıldı
Valideynlər qızlarına dişlərinə baxıb ər alırlar: Qeyri-adi bazar

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər