Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
20213
az

Sarkisyana qarşı cinayət işi açıldı

21:0104 Dekabr, 2019
726
DÜNYA
  • A

Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan 2013-cü il yanvarın 25-dən fevralın 7-dək bir qrup məmurdan 489 milyon dram (1 milyon dollardan çox) pulu mənimsəmə, oğurlama və israf etməkdə ittiham olunur. Onun barəsində ölkədən çıxmağa qadağa qərarı qəbul edilib.

Serj Sarqsyana qarşı ilkin istintaq araşdırmaları çərçivəsində Ermənistan Cinayət Məcəlləsinin  38-179-cu maddələrinə (mənimsəmə və israfçılıq) əsasən ittiham irəli sürülüb. Bu barədə “Sputnik” informasiya agentliyi məlumat verir.  

İttihama görə, 24 yanvar 2013-cü ildə hökumət torpaq istifadəçilərinə dövlət dəstəyi proqramını təsdiqləyib. Proqrama əsasən təxminən 17 milyon litr dizel yanacağı satılıb. Məbləğ regional idarəetmə və Kənd Təsərrüfatı Nazirliyi sisteminin müraciətləri əsasında ayrılıb.

“Maksxur” və “Fleş” şirkətləri də daxil olmaqla dizel yanacağının tədarükünə görə keçirilən tenderdə iştirak üçün bir neçə şirkət ərizə təqdim edib. “Maksxur” daha aşağı qiymət təklif edib. Nəticədə bu şirkətin müraciəti hökumət tərəfindən təsdiqlənmək üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təqdim edilib.

Serj Sarqsyan “Maksxur”un daha sərfəli təklifini bilə-bilə ona məhəl qoymayıb və rəsmi mövqeyindən istifadə edərək tabeliyindəki şəxslərə “Fleş” şirkətinin xeyrinə seçim etməyi tapşırıb.

Nəticədə, hökumətin 7 fevral 2013-cü il tarixli qərarı ilə 17.041.300 litr dizel yanacağı almaq üçün hökumətin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 1,7 milyard dramdan çox vəsait ayrılıb. Bu pul “Fleş” şirkətinin hesablarına köçürülüb.

Sonradan hökumətin qərarı ilə tələb olunan yanacağın miqdarı 17.343.530 litrə qədər artıb, məbləğ isə 1.821.070.650 drama çatıb.

Nəticədə 14 fevral - 28 iyun arasında 12 ton dizel yanacağı satılıb, bunun üçün 1.269.275.070 dram subsidiya ayrılıb. Bu vaxt “Maksxur” şirkəti yanacağı daha aşağı qiymətlərlə təmin edə bilərdi (846.183.380 dram). Faktiki olaraq dövlət büdcəsindən 423.091.690 dram artıq pul ödənilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukrayna Kiyevin müdafiəsinə hazırlaşmağa başladı
SON DƏQİQƏ! Rusiyaya zərbə endirilib: Ölən və xeyli yaralı var
Belqorod vilayətində raket təhlükəsi elan edilib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi