Kolok Getar biseplərini gərildərək sinəsini şişirdir və döyüşkən bir duruş alır. Bu yaşlı kişi ayaqlarını çarpazlayaraq beton döşəmədə əyləşib.
Kolok Getar biseplərini gərildərək sinəsini şişirdir və döyüşkən bir duruş alır. Bu yaşlı kişi ayaqlarını çarpazlayaraq beton döşəmədə əyləşib.
"Onu hamı sərt xarakterli biri kimi tanıyırdı", qohumu Wisnu gülümsəyir. "O, döyüş sənətinin ustası kimi məşhur olub. Əlləri ilə hind qozunu ikiyə bölürdü".
Kolok Getar cərgə ilə düzülmüş palma ağaclarını göstərir. O, barmağı ilə xəyali hind qozunu necə böldüyünü nümayiş etdirir.
Döşəmədə onun ətrafına düzülmüş dostları əl çalmağa başlayırlar.
Bütün bu söhbət əsnasında gülüşdən savayı heç bir sözdən istifadə edilmir.
Kata Kolok indoneziya dilində məhz "kar danışığı" mənasını verir.
Kata Kolok sadəcə Balidəki Bengkala kəndində istifadə edilir
Bu, İndoneziyada tayı bərabəri olmayan bir işarə dilidir və bütün dünyada bu dildə cəmi 44 nəfər danışır.
Artıq dörd nəsildir ki, Bengkala əhalisinin böyük hissəsi eşitmə qüsurlu doğulur. Yerli sakinlər uzun illərdir ki, bunu lənətlə əlaqələndirilər.
Alimlər isə bu bəlanı resessiv genlə (DFNB3) əlaqələndirilər. Bu isə öz növbəsində onilliklərdir ki, bu icmada 50 uşaqdan birinin eşitmə qüsurlu doğulması ilə nəticələnib.
Lakin bu icmada doğulmuş eşitmə qüsürlu insanlar başqa yerlərdə eyni problemlə doğulan insanlardan daha şanslıdırlar.
Ona görə ki, Bengkala kəndində eşitmə problemi olmayan insanların yarısından çoxu öz kar ailə üzvləri və dostları ilə danışa bilmək üçün Kata Kolok öyrənib.
Çox az sayda turist iki saat sərf edərək turist mərkəzi olan Ubuddan, sahildə yerləşən şimali Baliyə səyahət edir. Bura adanın ən kasıb bölgələrindən biri sayılır.
Bengkaladakı kolokların bir çoxu fermerliklə məşğuldurlar. Lakin kənd sakinləri adətən onlara gözətçi və qəbirqazan işlərini də həvalə edirlər.
Bu gün Kolok Getar və dostları Pura Delam məbədində baş tutacaq dəfn mərasimini gözləyirlər və fürsətdən istifadə edən Getar özünün döyüş sənəti bacarığını yenidən nümayiş etdirir.
"Dayım cavan olanda adanı dolaşıb döyüş hərəkətləri nümayiş etdirməklə pul qazanardı", Wisnu Kolok Getar-ın işarə dilində söylədiklərini bizə izah edir.
"O, çoxlu kar insanlarla görüşürdü, lakin onlarla danışa bilmirdi, çünki onların istifadə etdiyi işarə dili tamam fərqli idi. Həmin insanlar çox yalnız idilər, çünki bir-iki yaxın ailə üzvlərindən başqa heç kimlə danışa bilmirdilər".
Bu mənada Bengkalanın eşitmə qüsurlu sakinlərini bəxtli hesab etmək olar. Onlar bu 3000 sakini olan kənd əhalisinin əksəriyyəti ilə kommunikasiya qura bilirlər.
"Əgər qismətində kar olmaq varsa, yəqin ki, bura yaşamaq üçün ən ideal yerdir!", Bengkala Eşitmə qüsurluları İttifaqının sözçüsü Ketut Kanta deyir.
Azərbaycanda rus dili: vərdiş, ehtiyac yoxsa mədəniyyət?
Buradakı eşidə bilən insanları "enget" adlandırırlar və kəndin istənilən yerində kolok və engetlərin bir-biri ilə söhbət etdiyini müşahidə etmək mümkündür. Bunu "kar danışığı" adlandırırlar.
Bengkalanın kolok icması adətən gözətçi və qəbirqazan işlərində çalışırlar
Kata Kolok dilindəki işarələr bəzən o qədər aydındır ki, hətta yeni gələn insanlar da rahatlıqla başa düşürlər. Misal üçün, şəhadət barmağını sərt şəkildə nümayiş etdirmək "kişi" sözünü ifadə edir. "Ata" sözündə isə şəhadət barmağının başı əyilir. "Qadın" isə bir-birindən azacıq aralı iki barmaqla ifadə olunur.
Kata Kolok təbii şəkildə inkişaf edib və yeni işarələr əlavə olunub. Bu ünsüyyət vasitəsindən istifadə edən insanlar xoş və pozitiv əhval yaradır, gülüş bəxş etməyi bacarırrlar. Beləcə eşitmə qüsurlu və eşidə bilən insanlarla güclü bağlılıq yaranır.
"Kənddə iş üçün kolok və engetlərə eyni məbləğ məvacib ödənilir", Ketut Kanta deyir. "Lakin eşitmə qüsuru olan insanların kənddən kənarda iş tapması çətin olur".
Bu gün Kolok Getar və dostlarının bəxti gətirib. Onları qəbir qazmaq üçün işə çağırıblar. Buranın insanları adətən ölülərini yandırırlar, lakin bu, baha başa gəlir. Ona görə də bu gün oğulları pula qənaət etmək üçün öz atalarını dəfn etmək qərarına gəliblər.
Balililər adətən yas mərasimlərini şənliklə keçirirlər. Onların inancına görə, əgər ölü öz ailə üzvlərinin kədərini hiss edərsə növbəti həyata köçməyə tərəddüd edə bilər.
Bu isə o deməkdir ki, Kolok Getar və onun qəbirqazan dostu Kolok Sudarmanın məzar başında şadyanalığı və atılıb-düşməyi ədəbsizlik deyil. Hətta yaxın ailə üzvləri də şadyanalığa qoşularaq gülürlər.
Onlar ehtiyatla cəsədi məzara endirirlər. Kolok Sudarma məzara düşərək cəsədin gözlərinə güzgü yerləşdirir. Bu isə mərhumun növbəti həyatda daha aydın baxışla doğulacağına zəmanət verir.
Fotonun müəllifiMARK EVELEİGH
Image caption
Bengkalanın bir çox eşidə bilən sakini kolok ailə üzvləri və dosları ilə danışa bilmək üçün işarə dilini öyrənib
"Eşidə bilən insanlar edyərdilər ki, koloklar məzarlıqlardakı şər ruhlarla rabitə qura bilirlər. Əslində isə onlar sadəcə möhkəm və qorxmaz insanlardır", Wisnu deyir.
Bəzi Bengkala sakinləri iddia edirlər ki, onların eşitmə qüsurlu dostları qəbirlərdən və şər ruhlardan gələn qorxunc səslərə qarşı qorunurlar. Onların fikrincə bu səslər eşidə bilən insanları qarabaqara izləyir.
Bəziləri isə hesab edir ki, fiziki əmək kolokları güclü edib. Səbəb nə olur olsun, kənddə kolok icmasına qarşı böyük hörmət var.
Ketut Kanta uşaqlara pulsuz Kata Kolok dərsləri keçir. Niderlanddakı Radboud Universitetinin tələbəsi dilçi Connie de Vos dəfələrlə bura baş çəkib. O, kolok uşaqların yerli məktəblərdə təhsili və eşidə bilən uşaqlara Kata Kolokun tədrisi mövzularında Ketut Kantaya kömək edib.
Dilçilərin bildirdiyinə görə, Kata Kolok dili digər işarə dillərinə az bənzəyir.
"Kata Kolok indoneziya və bali dillərindən, eyni zamanda digər işarə dillərindən az təsirlənib", Radboud Universitetinin PhD namizədi Hannah Lutzenberger deyir. O, Kata Kolokca da mükəmməl bilir.
"Bütün koloklar ad işarələri ilə tanınırlar. Bu, dəyişən və dinamik işarə dili və icması olduğu üçün bu adlar erkən yaşlarda eşitmə qüsurlu həmyaşıdları tərəfindən verilir. Lakin onlar daha sonralar dəyişə bilər. Bu adlar adətən şəxsi keyfiyyət və görünüşlə əlaqədar olur", Lutzenberger deyir.
Misal üçün, Kolok Getar ağızın önündə irəliyə yönəlmiş əllə tanınır. Bu, dimdiyə bənzəyir. Lakin o, mənim hafizəmdə həmişəlik şən insan kimi qalacaq.
Hər bir kolokun xarakterinə uyğun ad işarəsi var78 yaşlı Kolok Getar bir çox döyüş sənəti bacarıqlarını yadırğasa da, kənddə böyük hörmətə malikdir. O, su borularının mühafizəsinə nəzarət edir. Bu isə, sözün əsl mənasında buradakı insanların həyat mənbəyidir.
Borular deşildiyi zaman onun işi təpəyə qalxaraq problemi həll etməkdir. Bir çox hallarda isə qonşu kəndin insanları öz mənfəətləri üçün boruları "deşirlər".
"Onlar əlimə keçəndə çalışıram zorakılıqdan istifadə etməyim", yaşlı kişi böyük əminliklə işarə edir.
"Heç buna ehtiyac da yoxdur. Buradakı insanlar bilir ki, koloka ilişmək olmaz... bu, yazılmamış qanundur".
Oxu24.com
ŞƏRHLƏR