Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13427
az

Məkkədə Kral ərəb dövlətlərinin təcili sammitini çağırır - İrana görə

20:2119 May, 2019
754
DÜNYA
  • A
 
Səudiyyə Ərəbistanının kralı Salman ərəb  dünyasının liderlərini Məkkədə təcili toplanmağa çağırıb.

Buna səbəb İranla münasibətlərin kəskinləşməsidir. Birləşmiş Ərəb Əmirliyi sahilləri yaxınlığında neft tankerlərinə edilən təxribat və ərəblərin iki neft ötürmə stansiyasına xusitlərin hücumu monarxı Ərəb Dövlətləri Liqasına və İran Körfəzi Dövlətlərinin Əməkdaşlıq Şurasına çağırış etməyə vadar edib.


Sammit iyunun 30-da Məkkə şəhərində toplanacaq. Həmin gün Məkkədə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin yüksək səviyyəli görüşü planlaşdırılıb.

Krallığın xarici işlər naziri Adil Əl Cubeyr bildirib ki, Ər-Riyad regionda müharibə başlamasını istəmir və bunun qarşısını almaq üçün əlindən gələni edir:

“Lakin Səudiyyə Ərəbistanı bütün gücü və qərarlılığı ilə təxribatlara cavab verəcək”,- deyən nazir bütün dünya ölkələrini “regionda təhükəsizlik və sabitliyi pozmağa çalışan Tehranın xaos toxumları səpməsinin” qarşısını almağa çağırıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Microsoft”u külli miqdarda cərimə gözləyir - SƏBƏB
Dinozavrlar geri qayıda bilərmi? - Elm adamları nə deyir?
Blinken Fidanla Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi