Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1308
az

Melkolyan cildində Paşinyan - Ermənistan yeni terrorçu hazırlayır -

16:5302 May, 2018
3241
DÜNYA
  • A

Ermənistandakı baş nazir seçkisindən sonra yaranan etirazlar siyasi durumu olduqca gərginləşdirdi. Hazırda da davam edən mitinqlər və qarışıqlıq ölkənin yaxın gələcəyi haqqında proqnoz verməyi çətinləşdirir. Lakin etirazların lideri Nikol Paşinyanın yeni baş nazir olma ehtimalı yüksəkdir. Düzdür, o, ötən gün parlamentdə yetərincə səs toplaya bilmədi. Lakin hazırda ermənilər ondan başqasını baş nazir görmək istəmir. Böyük ehtimalla Paşinyan baş nazir olanadək xalqın etirazları səngiməyəcək. Bir anda siyasi arenada populyarlıq qazanaraq, kütləni arxasınca aparan Paşinyan bunu necə bacardı? Ermənilərin damarını tutmaq üçün nə etmək və hansı xüsusuiyyətlərə malik olmaq lazım gəldi? Paşinyanın hazırkı zahiri görünüşü ötən əsrin əvvəllərində Ermənistana məxsus terrorçu ASALA təşkilatının lideri olmuş Monte Melkonyanı xatırladır.

Melkonyan kim idi? Necə yetişdirilmişdi?

1957-ci ildə ABŞ-da, Kaliforniya doğulan Melkonyan Berkli universiteti məzunudur. Məktəbdə oxuyarkən, müəlliminin ona “amerikalılar adətən sarışın olur, ancaq siz elə deyilsiz” deməsindən sonra əslini araşdırır və beləliklə erməni yalanlarının təsiri ilə qəlbi kinlə dolur. 1978-ci ildən Livanda gedən vətəndaş müharibəsində, sağ xristian qüvvələrin tərəfində döyüşüb. Türkiyə ordusuna qarşı PKK-nın həyata keçirdiyi əməliyyatlarda iştrak edib. 1981-ci ildə Parisdəki Türkiyə səfirliyinə hücum təşkil etdiyinə görə, Fransada həbs olunub. Onun həbsinə cavab olaraq ASALA bir neçə terror hadisəsi törədib və sonda Fransa hökuməti Melkonyanı Livana deportasiya edib. 1983-cü ildə Melkonyan Parisdəki Orli hava limanında, Türk hava yolları şirkətinin kassaları qarşısında partlayış törədib. Nəticədə 8 nəfər ölüb, 55 nəfər yaralanıb. 1985-ci ildə yenidən həbs olunub və 6 il cəza almasına baxmayaraq, 3.5 il sonra müəmmalı şəkildə azadlığa çıxıb. 1990-cı ildə Melkonyan Ermənistana gələrək, Dağlıq Qarabağdakı döyüşlərdə iştirak edib. 12 iyun 1993 cü ildə Xocavənd rayonu Muğanlı kəndində “Azərbaycan Bayrağı” ordenli , Kəşfiyyat komandiri olmuş İbad Hüseynli tərəfindən məhv edilib.

O, Amerika və Avropadakı diaspora tərəfindən yalan, böhtan və nifrət şüarları altında yetişdirilmişdi. Göründüyü kimi, ermənilərdə terrorsit yetişdirmək çoxa asandır. Melkonyan da bunun bariz nümunəsidir.

 

“Melkonyan terrorçu, Paşinyan aktyordur…”

Politoloq Natiq Miri düşünür ki, Melkonyanla Paşinyan arasında zahiri olduğu qədər xarakterik oxşaqrlıqlar da var. Onların hər ikisi kütləyə öz yalanını yeridə bildi:

“Onları mövcud siyasi duruma görə müqayisə etsək, görərik ki, fərqli yöndə fəaliyyət göstərən ermənilərdir. Melkonyan bir terrorçu idi və erməni lobbisi tərəfindən yetişdirilmişdi. Terror törətmək lazım olanda onu harasa göndərirdilər. Elə Qarabağa da bu məqsədlə gəlmişdi. Onlara azərbaycanlının qətlə yetirilməsində Melkonyanın iştirakı var. Bu adam insan qatilidir.

Paşinyan isə kütləyə oynamağı bacaran aktyordur. Əsasən avtoritar rejimlərə qarşı müxalif yazılarla çıxış edib. Sarkisyan buna görə onu həbsə də atdırmışdı. Lakin həbsdən çıxdıqdan sonra deputat seçildi. Deputat olduğu müddətdə Sarkisyan hakimiyyətinə qarşı çıxırdı.

 

Ermənistanın siyasətini bütün zamanlarda Rusiya müəyyənləşdirib. Levon Ter Petrosyandan sonra gələn hər iki prezident (Robert Koçeryan, Serj Sarkisyan) Kremlin proyekti olub. Lakin Paşinyan hakimiyyətə gəlsə, Ermənistan Qərb meyilli siyasət yürüdəcək. Düzdür, bu bir anda baş verməyəcək. Odur ki, yeni hakimiyyətin Azərbaycana qarşı siyasətinin fundamental şəkildə dəyişməsini gözləmək əbəsdir. Ancaq gələcəkdə Paşinyan Türkiyə və Azərbaycanla diplomatik əlaqələr qurmaq istəsə, Ermənistanın Qarabağ məsələsindəki mövqeyi dəyişə bilər. Çünki mövcud vəziyyətdə Azərbaycan və Türkiyə Ermənistanı blokadaya salıb və bu ölkə bütün qlobal iqtisadi layihələrdən kənarda qalıb. Artıq Ermənistanda Paşinyanı çiynində hakimiyyətə gətirən xalq sosial iqtisadi durumun yaxşılaşmasını istəyir. Analar oğullarının Qarabağdan sağ salamat qayıtmasını istəyir”.

“Melkonyan hərbi, Paşinyan siyasi müstəvidə kütləni arxasınca apardı”

Siyasi elmlər doktoru, Ermənistan üzrə ekspert Hatəm Cabbarlı sözügedən ermənilərin bənzər liderlər olsa da, hərbi və siyasi müstəvidə fərqli şəxslər olduğunu düşünür:

Ermənistanda “Çıxış” blokunun lideri Nikol Paşinyanın siyasi portretinə diqqət yetirsək, deputat seçilmədən əvvəl radikal çıxışları ilə gündəmə gəldiyini görürük. Paşinyanın Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz olaraq küçəyə çıxardığı on minlərlə insan sonuncunu hökuməti qurmadan istefa verməyə məcbur etdi. Paşinyanı siyasi mübarizədə Melkonyanla müqayisə edərkən bir neçə hal ortaya çıxır. Hər ikisi müəyyən erməni birləşməsinin lideridir. Melkonyan daha çox hərbi əməliyyatlarda iştirak edirdi. Dağlıq Qarabağda terrorçuluqla məşğul idi. Paşinyan isə daxili mübarizədə iqtidara qalib gələrək, baş naziri istefaya göndərə bildi”.

“Bu günkü mənzərəyə baxsaq, Ermənistan Respublika partiyasından hər hansı qopma olmazsa, Paşinyan yenə də baş nazir seçilməyəcək. Buna görə də o, Sarkisyanın partiyasından olan deputatları öz tərəfinə çəkməyə çalışacaq. Önümüzdəki həftələrdə Ermənistanda ciddi qırılma nöqtələri olacaq.

 

Paşinyanın erməni xalqını arxasınca aparmasındakı başlıca səbəb Sarkisyanın baş nazir postuna gəlməsi deyildi. Sarkisyanın hakimiyyətdə olduğu 10 ildə Ermənistanın iqtisadi, siyasi və təhlükəsizlik problemlərini həll edə bilməməsi idi. Xüsusilə 2016-cı ildəki aprel hadisələrini nəzərə almaq lazımdır. Polis alayına hücum edən erməni xalqının etirazlarını nəzərə almaq lazımdır. Ermənilər onsuz da etirazlar üçün hazır idi. Sadəcə kütləni arxasınca aparacaq lider lazım idi ki, bu da Paşinyanın bəxtinə düşdü”, - deyə H.Cabbarlı Ermənistandakı mövcud siyasi durumu analiz edib.

Ermənistandakı son hadisələr, Paşinyanın Melkonyan donuna bürünməsi ermənilərin hələ də öz terrorçularını qəhrəman kimi görməsinin birbaşa sübutudur. Ermənistan hökuməti və əhalisi bu düşüncədən çıxmayana qədər Qərbə inteqrasiya haqda ancaq xəyallar qura bilər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkə də qarışır – “Ərəb baharı” alovlanır
Bu tarixdə süni intellekt insanların yerinə keçəcək
Lukaşenko bu dəfə o qızla RƏQS ETDİ -VİDEO

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu