Lavrov görüşə hazırlaşır
28 Mart 2025, 11:48
Qaynar xətt:
(+99450) 247 90 86DÜNYA
781
02.01.2025, 12:46
Qroznı yaxınlığında AZAL-ın mülki təyyarəsi Rusiya ordusuna məxsus “Pantsir” hava hücumundan müdafiə sistemi tərəfindən iki raketlə vurulub.
Oxu24.com Musavat.com-a istinadən xəbər verir ki, məlumatı “ВЧК ОГПУ” teleqram kanalı yayıb.
Hadisə ilə bağlı yayılan yeni detallar Rusiyanın hərbi koordinasiyasındakı ciddi problemləri üzə çıxarır.
Raketlərin atılması: zaman cədvəli dəqiq müəyyən edilib
Hadisə zamanı “Pantsir” sistemindən iki raket atılıb. Komandirin sözlərinə görə, ilk raket 08:13:30-da, ikinci raket isə 08:13:40-da buraxılıb. Raketlər 08:13:50 və 08:14:30-da partlayıb. Sonuncu partlayış mülki təyyarəyə dəyib. Raketlərin atılması əmrini isə Rostovdan Borisov soyadlı rus komandir verib.
Elektron müdafiə sistemi hər şeyi “kor” etdi
Hadisənin əsas səbəblərindən biri güclü elektron müdafiə sisteminin təsiri olub. Bu sistem mülki və hərbi texnikanın rabitəsini tamamilə pozaraq koordinasiyanı çətinləşdirib. Hətta “Pantsir” ekipajlarından biri təyyarənin mülki olduğunu görüb və atəş açmaqdan çəkinib. Lakin digər ekipaj elektron rabitə olmadan əmrə əsasən raketləri buraxıb.
Hərbçiyə “Mülki təyyarəni drondan fərqləndirməyə çalışdınızmı?” sualı verilib. O isə yalnız əmr aldıqdan sonra atəş açdığını və təyyarənin lokatorda mülki obyekt kimi görünmədiyini bildirib.
Təyyarəyə yox, drona atəş açıldığı iddiası
Həmçinin oxuyun
Rusiya hərbi rəhbərliyi məsuliyyətdən yayınmaq üçün daha “əlverişli” bir versiyanı önə sürür. Onların iddiasına görə, raketlər drona atılıb, lakin onu vura bilməyib və AZAL təyyarəsinin yaxınlığında partlayıb. Buna baxmayaraq, hadisə yerində pilotsuz uçuş aparatına aid hər hansı qalıq tapılmayıb.
İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin də bu versiyanı dəstəkləyir və guya vurulmuş pilotsuz təyyarənin hissələrinin tapılmasını tələb edir. Lakin üç gündür, davam edən axtarışlar heç bir nəticə verməyib.
Dispetçer və şahidlər nə deyir?
İstintaqın gedişatında müəyyən edilib ki, hava hücumundan müdafiə sistemlərinin komandirlərinə mülki təyyarələrin uçuş cədvəli təqdim edilməyib. Raketləri buraxan komandir, hədəfi duman səbəbindən vizual olaraq təsdiqləyə bilmədiyini və stasionar telefonla Rostova iki dəfə zəng etdiyini bildirib.
Bu arada, digər “Pantsir” sisteminin komandiri mülki təyyarəni vizual olaraq müşahidə edib və atəş açmayıb. Bu fakt, dispetçer məntəqəsindəki səs yazılarının dinlənilməsindən sonra ortaya çıxıb. Lakin həmin komandir elektron müdafiə sistemi səbəbindən digər ekipajla əlaqə saxlaya bilmədiyini bildirib.
Böyük sual işarəsi: elektron müdafiə sistemini kim işə salıb?
Hadisənin ən diqqətçəkən detalı elektron müdafiə sisteminin təyyarə və hava hücumundan müdafiə sistemlərini “kor və kar” vəziyyətə salmasıdır. Hələlik bu sistemi kimin işə saldığı və əsas məqsədinin nə olduğu aydın deyil.
Baş verənlər bir daha göstərir ki, Rusiya ordusundakı koordinasiya və intizam çatışmazlığı mülki obyektlər üçün ciddi təhlükələr yaradır. İstintaqın nəticələri yaxın günlərdə daha çox aydınlıq gətirə bilər.
12:38 / 28 Mart 2025
Nüşabə atasının məzarı başında canına qəsd edib — Tükürpədici hadisə
6
12:18 / 28 Mart 2025
Ağır qəza: Yaralılar var
135
12:15 / 28 Mart 2025
Sabahın havası necə olacaq? — PROQNOZ
23
11:48 / 28 Mart 2025
Lavrov görüşə hazırlaşır
24
11:22 / 28 Mart 2025
Məhkəmə Tramp administrasiyasına göstəriş verir
31
11:09 / 28 Mart 2025
50 nəfər öldü
25
10:54 / 28 Mart 2025
“Melissa Group”dan gülməli cavab: “Çalovu o üz-bu üzə fırlayanda səhvən evə dəyib”
310
10:50 / 28 Mart 2025
Timati üçüncü dəfə ata olacaq
30
10:41 / 28 Mart 2025
“O ünsürlər buna layiq deyillər” - Prezident
49
10:37 / 28 Mart 2025
Bizi qoruyanlar 106 yaşında
37
10:23 / 28 Mart 2025
Avropa İttifaqı Rusiyaya qarşı 17-ci sanksiyalar paketini hazırlayır
42
10:16 / 28 Mart 2025
ABŞ dövlət katibi Rusiyaya qarşı sanksiyaların ləğvi ilə bağlı sualı cavablandırıb
42
10:10 / 28 Mart 2025
Məşhur restoran sökülür -VİDEO
47
10:08 / 28 Mart 2025
Maqadan vilayətində qar uçqunu altından sağ çıxan turistlər təxliyə edilib
41
09:54 / 28 Mart 2025
Hansı günləri yataq dəsti dəyişilməlidir?
46
09:44 / 28 Mart 2025
Milli Dram Teatr aktyorunun səhhəti pisləşdi-FOTO
43
09:30 / 28 Mart 2025
Bu kanalın yayımı 10 günlük dayandırlıdı
52
09:26 / 28 Mart 2025
Evi vətəndaşın başına uçuran şirkətin rəhbəri saxlanıldı
1108
09:24 / 28 Mart 2025
Beyləqanda ağır qəza
46
09:13 / 28 Mart 2025
Pilot pasportunu götürmədi: təyyarə geri qayıtdı
57
08:50 / 28 Mart 2025
Trampın İranla bağlı ŞOK PLANI
48
23:30 / 27 Mart 2025
İran Trampın məktubuna cavab göndərib
110
23:10 / 27 Mart 2025
Goranboyda dəhşətli hadisə:Ata azyaşlı qızını niyə bıçaqlayıb?
734
22:51 / 27 Mart 2025
Yasamal “dağılır”, icra başçısı hardadır?
196
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.