Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
125579
az

“Kavelaşvili ölkənin maraqlarına xidmət edən prezident olacaq”

16:5013 Dekabr, 2024
40
DÜNYA
  • A

Mixail Kavelaşvili xarici güclərə deyil, ölkənin maraqlarına xidmət edən prezident olacaq”.

Oxu24.com xəbər verir ki, bunu Gürcüstanın Birinci Kanalına açıqlamasında “Xalq Gücü” partiyasının üzvü Quram Maçaraşvili deyib.

“Mən əminəm ki, Mixeil Kavelaşvili Gürcüstanın prezident institutuna yanaşmasını dəyişəcək prezident olacaq. Təəssüf ki, Gürcüstanın son iki prezidenti arasında Gürcüstanın yox, xarici güclərin maraqlarına xidmət edənlər olub”, deyə Maçaraşvili əlavə edib.

Bununla yanaşı, Gürcüstanın hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının icraçı katibi, parlament çoxluğunun lideri Mamuka Mdinaradze ABŞ-nin Gürcüstandakı səfiri Robin Duniqanın açıqlamalarına münasibət bildirib.

Onun sözlərinə görə, Duniqan Bayden administrasiyasının sifarişi ilə fikirlər səsləndirir: 

“Bu, Amerika Birləşmiş Ştatlarında təşkil edilib. Səfirə nə deyirlərsə, onu da danışır. Dunniqan da eynilə hərəkət edir. Bayden administrasiyası nə göstəriş verirsə edir, o, açıqlama verməlidir və bu bəyanatları da verir”.

O, həmçinin Gürcüstan səfirləri haqqında da danışıb və noyabrın 28-dən sonra istefa verənləri tənqid edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu, Avropanın sonunu gətirəcək - Mask
İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
İsraildən şok qərar

4 qulaqlı pişik görənləri MAT QOYDU - FOTOlar

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
21 yaşlı oğlan özünü bıçaqlayıb