Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117884
az

Lukaşenko: "Ermənistanla münasibətlərin pisləşməsində günahımız yoxdur"

16:5712 Sentyabr, 2024
25
DÜNYA
  • A

Ermənistanla münasibətlərdə bu vəziyyətin yaranmasına rəsmi İrəvanın Qərbə və Avropa İttifaqına meyl etməsi rol oynayıb.

APA-nın “sb.by” portalına istinadən xəbərinə görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

O vurğulayıb ki, baş verənlərə baxmayaraq, şəxsən özü ikitərəfli əlaqələrin davam etdirilməsində maraqlıdır:

“Bizimlə Ermənistan arasında əvvəlki kimi mehriban münasibətlərin qurulması yaxşı olardı. İnanın ki, bu vəziyyətin yaranmasında bizim heç bir günahımız yoxdur. Biz Ermənistana kömək etməyə çalışır, yaxından əməkdaşlıq edirdik. Lakin gördük ki, rəsmi İrəvan Qərbə və Avropa İttifaqına yönəlməyə başladı”.

Qeyd edək ki, Belarus və Ermənistanın münasibətləri iyunun ortalarından etibarən pisləşib. Nəticədə hər iki ölkə səfirlərini məsləhətləşmələr üçün geri çağırıb.

Bundan sonra Ermənistanın Baş naziri Nikol Paşinyan Lukaşenkonun hakimiyyəti dövründə Belarusa səfər etməyəcəyi barədə bəyanat verib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Odessa limanı raketlə vuruldu - 6 ölü, 9 yaralı var
Rusiyada sərxoş qız 14 yaşlı məktəblini döyüb
ABŞ-da yüzlərlə ac yenot bir qadının evini zəbt edib

Restoranda başına iş gəldi

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Əməkdar mədəniyyət işçisi məhkəməyəgəlməkdən yayınır