Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117737
az

Budapeşt Bakı və İrəvana təklif etdi

17:0310 Sentyabr, 2024
43
DÜNYA
  • A

Macarıstanın xarici işlər naziri Peter Szijarto Bakı və İrəvanı Budapeştdə sülh müqaviləsi imzalamağa dəvət edib.

 

Oxu24.com xəbər verir  ki, İrəvanda keçirilən beynəlxalq forum zamanı macar nazir deyib ki, müharibə heç vaxt döyüş meydanında bitmir, danışıqlar masası arxasında olur.

 

Onun sözlərinə görə, Budapeşt bu yaxınlarda Ermənistanla diplomatik münasibətləri bərpa edib. Bundan sonra ikitərəfli ticarət rekordu qırdı və paytaxtlar arasında uçuşlar başladı. Szijarto qeyd edib ki, Macarıstan eyni zamanda Azərbaycanla strateji əməkdaşlıq və enerji sektorunda sıx əməkdaşlıq edir.

 

“Bu, bizi iki ölkə arasında sülh müqaviləsini yekunlaşdırmağa kömək etmək mövqeyinə qoyur. İki tərəflə bu yaxınlarda apardığım danışıqlar zamanı sülh müqaviləsinin imzalanması üçün yer kimi Budapeştin seçilməsi variant kimi təklif olundu”, - deyə macar nazir bildirib.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kim Çen Inın bacısı Seuldakı paradı təlxəklik adlandırıb
Rusiyada tamaşa biletləri pasportla satılacaq
Fransızlar Makronu bəyənmir - Reytinqi şok həddə düşdü

WhatsApp-a bir yenilik gəlir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi - FOTO