Putin onları yola salan kimi bu ölkəyə getdi
08 Sentyabr 2026, 11:45
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
323
02.09.2024, 23:03
Hazırda istifadə edilən antibiotiklərin əksəriyyəti quruda yaşayan aktinobakteriyalardan əldə edilir, lakin antibiotiklərə qarşı müqavimət artdıqca elm adamları yeni mənbələr axtarırlar.
Dəniz mühitində yaşayan aktinobakteriyaların təzyiq, temperatur və duz sıxlığı kimi faktorlara görə daha müxtəlif birləşmələr əmələ gətirdiyi düşünülür. Bu çərçivədə 2020-ci ildə Şimal Buzlu Okeanından çıxarılan bəzi onurğasız canlılardakı aktinobakteriyalar araşdırıldı.
Avqustun 30-da Frontiers in Microbiology jurnalında dərc edilən araşdırmada dörd aktinobakteriya növünün enteropatogen E. coli (EPEC) bakteriyalarına təsiri araşdırılıb.
EPEC xüsusilə kiçik uşaqlarda şiddətli ishala səbəb olan bakteriya kimi tanınır. Araşdırmalar nəticəsində məlum olub ki, iki növ aktinobakteriya bu bakteriyanın xəstəlik törətməsinə mane olub.
Tədqiqatçılar bu birləşmələrin antibiotik kimi istifadə edilməzdən əvvəl daha çox araşdırmaya ehtiyac olduğunu və birləşmələrin təfərrüatlı şəkildə araşdırılması üçün böyük miqdarda istehsal edilməsi lazım olduğunu vurğulayırlar.
Helsinki Universitetindən tədqiqatın həmmüəllifi Päivi Tammela, klinik istifadədə təsirini görmək üçün daha çox araşdırmaya ehtiyac olduğunu bildirir, lakin dənizin dərinliklərində kəşf edilməyi gözləyən başqa birləşmələrin olduğuna ümid etdiklərini əlavə edir.
Miri
13:15 / 08 Sentyabr 2026
4
13:12 / 08 Sentyabr 2026
13
13:05 / 08 Sentyabr 2026
28
13:04 / 08 Sentyabr 2026
29
12:58 / 08 Sentyabr 2026
45
12:52 / 08 Sentyabr 2026
42
12:45 / 08 Sentyabr 2026
38
12:37 / 08 Sentyabr 2026
312
12:35 / 08 Sentyabr 2026
43
12:25 / 08 Sentyabr 2026
168
12:25 / 08 Sentyabr 2026
49
12:15 / 08 Sentyabr 2026
53
12:14 / 08 Sentyabr 2026
53
12:10 / 08 Sentyabr 2026
53
12:05 / 08 Sentyabr 2026
51
12:00 / 08 Sentyabr 2026
53
11:45 / 08 Sentyabr 2026
60
11:32 / 08 Sentyabr 2026
567
11:30 / 08 Sentyabr 2026
60
11:28 / 08 Sentyabr 2026
60
11:20 / 08 Sentyabr 2026
63
11:10 / 08 Sentyabr 2026
68
11:09 / 08 Sentyabr 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.