Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111257
az

İranda seçkilər: Kim seçir, necə seçir?

19:2507 İyun, 2024
58
DÜNYA
  • A

İranda növbəti prezident seçkilərinin 2025-ci ildə keçirilməsi gözlənilirdi. Amma mayın 19-da prezident İbrahim Rəisinin helikopter qəzasında həlak olmasından sonra Konstitusiyaya əsasən, seçkilərin vaxtı önə çəkilib və iyunun 28-də keçirilməsinə qərar verilib. Seçkidə namizəd olmaq istəyənlər mayın 30-dan başlayaraq 5 gün müddətində Daxili İşlər Nazirliyinə müraciət ediblər. İranın seçki komissiyası bildirib ki, 15-i qadın olmaqla 137 namizəd seçkilərdə iştirak etmək üçün qeydiyyatdan keçib.

Konstitusiya Keşikçiləri Şurasının nəzdində olan Müşahidə Şurası namizədlik üçün müraciət edən şəxslərin seçkilərdə iştirak etmək üçün “uyğun” olub-olmaması ilə bağlı qərar verəcək. İran lideri Ayətullah Əli Xameneinin təmsil etdiyi “Vilayət-i Fəqih ofisinə və islami dəyərlərə bağlılıqlarında qüsurları olan” şəxslərin namizədliyi rədd edilir.

Belə qeydiyyat dalğası mediada çoxlu reaksiyalara səbəb olub. Məsələn, “Khabar Online” saytı seçki elan olunduqdan dərhal sonra çoxsaylı namizədin ortaya çıxmasının “suallar doğurduğunu” yazıb: “Bütün bu namizədlərin planı və hazır komandası olub ki, növbədənkənar seçkilərin keçirilməsinə heç də təəccüblənməyiblər, yoxsa doğum haqqında şəhadətnamələrini götürüb ölkənin seçki qərargahına üz tutublar?”

Hərçənd iddiaçıların sayı əvvəlki seçkilərlə müqayisədə xeyli azdır. Belə ki, 2021-ci ildə beş gün ərzində 592 nəfər prezidentliyə namizəd olmaq üçün qeydiyyatdan keçmişdi, bu il isə cəmi 137 iddiaçı var. Həm də aydındır ki, bu qədər namizəd seçkilərə buraxılmaycaq.

Seçkidə ilk dəfədir bu sayda qadın siyasətçi də öz namizədliyini irəli sürüb. Bu, həm də əvvəlki yazılarda qeyd etdiyimiz kimi ölkədə rejimin ictimai legitimlik probleminin həll edilməsi ilə bağlıdır. Həm ötən prezident seçkiləri, həm də son parlament və Ekspertlər Şurası seçkiləri zamanı seçici fəallığının olduqca aşağı olması mövcud teokratik (din- siyasi) rejimin istər ölkə daxilində, istərsə də beynəlxalq müstəvidə legitimliyini mübahisələndirir. Halbuki rejimin davamlılığının təmin edilməsi, hakimiyyətin ötürülməsinin rahat baş tutması üçün ictimai legitimliyə indi daha çox ehtiyac var. Hicab aksiyaları göstərdi ki, etnik azlıq əyalətlərində (Əhvaz, Kürdüstan, Bəlucistan və müəyyən qədər də türk-azəri əyalətlərində), eləcə bütün ölkə boyunca qadınlar və təhsilli gənclər arasında rejimə etimad çox aşağıdır. Odur ki, qadın namizəd irəli sürülməsini həm də qadınlar arasında rejimə etimadın artırılmasına, hətta bərpa edilməsinə cəhd də saymaq olar. Digər namizədlər arasında da etnik azlıq coğrafiyasından olanlar üstünlük təşkil edir, bu da seçkinin sosial, cinsi və etnik mənşəyindən asılı olmayaraq bütün İran əhalisini əhatə etdiyini sübut etmək üçün lazımdır.

Qadın namizədlərdən biri 10-cu parlamentin nümayəndəsi Həmidə Zərabadi bazar ertəsi qeydiyyatdan keçmişdi. Ondan əlavə Əzəm Taleqani və Zəhra Şücainin namizədliyi qeydə alınıb. Əzəm Taleqani və Zəhra Şücai İranda prezident seçkilərində iştirak etmək üçün bir neçə dəfə iddiaçı olublar, lakin Konstitusiyanı Müdafiəsi Şurası (Şureyi-Negahban) onların namizədliyini rədd edib. İran konstitusiyasının 115-ci maddəsində deyilir ki, prezident “dindar və siyasi şəxslər” arasından seçilməlidir. Konstitusiyada fikrin ərəbcə “rical”(şəxslər, kişilər) sözü ilə ifadə edilməsi inqilabın əvvəlindən bu günə qədər qadın namizədləri diskvalifikasiya etmək üçün bir bəhanə kimi istifadə edilir. Lakin 2021 seçkilərində Müdafiə Şurası qadınların müraciətlərinin kişilərin müraciətləri ilə eyni şəkildə araşdırıldığını və uyğunluq meyarlarının nəzərdən keçirildiyini bildirmişdi.

Konstitusiyanı Müdafiə Şurası nədir?

12 üzvdən (6 hakim və 6 hüquqşünas) ibarətdir.

Üzvlərinin 50 %-i Respublika rəhbəri tərəfindən təyin edilir.

Hüquqşünaslar seçki üçün parlamentə ədliyyə orqanının rəhbəri (Ali Rəhbər tərəfindən təyin edilir) tərəfindən irəli sürülür.

Rəhbər üzvləri işdən azad edir və ya istefasını qəbul edir.

Üzvlərin istefasının qəbul edilməsinə görə məsuliyyət məhkəmə hakimiyyətinin başçısı və Şura sədrinin üzərinə düşür.

Şura seçkilərlə (Parlament, prezidentlik, Ekspertlər Məclisi) və namizədlərlə bağlı hər şeyi nəzərdən keçirmək, habelə onların qəbulu və ya xaric edilməsi üçün məsuliyyət daşıyır.

Prezidentliyə namizəd hansı şərtlərə cavab verməlidir?

Prezident seçkilərində iştirak edəcək namizədin yaşı qeydiyyat zamanı 40-dan az, 75-dən çox olmamalıdır.

Elm Nazirliyi, Səhiyyə Nazirliyi və ya Təhsili İdarəetmə Mərkəzi tərəfindən akkreditə olunmuş ən azı magistr dərəcəsi və ya onun ekvivalenti olmalıdır.

Ən azı 4 il ölkədə rəhbər vəzifədə olmalıdır.

Dini və siyasi fəal olmalıdır.

İran vətəndaşlığı olmalıdır.

Şiə olmalıdır.

Dürüst və təqvalı olmaldır …

Cəmaləddin Quliyev, siyasi ekspert

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyədə 50 dərəcə isti qeydə alındı
Kosmosda böyük sürətlə uçan qəribə ulduz tapıldı - ARAŞDIRMA
Putinin yüksək vəzifə verdiyi şəxs qohumu imiş

Google Chrome yeni funksiyanı təqdim edib

18+

Kişi küçədə rus qadına təcavüz edib
Putini havada belə qorudular - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Barmaqlarınızda uyuşma var? - Bu xəstəliyin əlaməti ola bilər
19 yaşlı oğlan faciəvi şəkildə öldü - VİDEO