Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110080
az

Taliban rəsmisi  Rusiyaya gəlir - RƏSMİ

18:2227 May, 2024
76
DÜNYA
  • A

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin ikinci Asiya departamentinin direktoru Zamir Kabulov bildirib ki, Taliban hərəkatı Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPİEF) iştirakını təsdiqləyib.

 

Oxu24.com xəbər  verir  ki, bu barədə “Rossiya 24” məlumat yayıb.

 

Kabulov vurğulayıb ki, SPİEF-də Taliban hökumətinin Əmək Nazirliyinin rəhbəri və Ticarət və Sənaye Palatasının rəhbəri iştirak edəcək.

 

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, “Taliban”ın terror təşkilatları siyahısından çıxarılması təşəbbüsü obyektiv reallığı əks etdirir.

 

Mayın 27-də Rusiya Xarici İşlər Nazirliyinin İkinci Asiya Departamentinin direktoru Zamir Kabulov bildirib ki, Rusiya xarici işlər və ədliyyə nazirlikləri Rusiya prezidenti Vladimir Putinə “Taliban”ın qadağan olunmuş təşkilatlar siyahısından çıxarıla biləcəyi barədə məlumat veriblər.

 

Taliban 15 avqust 2021-ci ildə Əfqanıstanda tam nəzarəti ələ keçirəcəklərini açıqlayıb.

 

Taliban ölkənin bütün böyük şəhərlərini və sərhəd keçid məntəqələrini ələ keçirib.

 

Ardınca yaraqlılar ölkədə tam qələbə qazandıqlarını elan edərək yeni hökumət qurublar.

 

31 avqust 2021-ci ildə Birləşmiş Ştatlar Əfqanıstandakı hərbi kontingentini tamamilə çıxararaq ölkədəki iyirmi illik hərbi missiyasını başa vurub.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Moldovada nazir istefa verdi
Bayden seçkilərdə iştirakdan imtina etməsi ilə bağlı xalqa müraciət etdi
Lavrov Laosa getdi

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Kim birinci hücum edibmiş? - Ağadadaşın yeni videosu yayıldı
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Qadını yaşadığı evdə qətlə yetirmək istəyən həmkəndlisi həbs edilib