Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106933
az

Günü-gündən cavanlaşan milyonçu sirlərindən birini paylaşdı

10:0024 Aprel, 2024
69
DÜNYA
  • A

Hər il cavanlaşmaq üçün milyonlarla dollar xərcləyən amerikalı İT milyarderi Brayan Conson sirlərindən birini paylaşıb. Bu barədə o, YouTube-dakı son videolarından birində danışıb.

OXU24.COM  xəbər verir ki, sərvətinin təxminən yarım milyard dollar olduğu təxmin edilən 46 yaşlı dünyaca məşhur İT milyarderi qalmaqallı reputasiyaya malikdir. O, pulunun çox hissəsini gəncliyini qorumaq üçün xərcləyir. Brayan Conson hər il cavanlaşmaq üçün milyonlarla dollar xərcləyir.

Gənc görünüşünü qorumaq üçün milyonlar xərcləyən texnologiya maqnatı hər gün şokolad yeməyi tövsiyə edir.

Conson son videosunda "Əzrayılı aldatmaq" üçün hər gün şokolad yediyini deyib.

"Bəzən özümüz üçün yaxşı olanı etmirik. Düzgün keyfiyyətli kakao növü sağlamlığınız, beyniniz, ürəyiniz və əhvalınız üçün faydalıdır. Əgər yüksək keyfiyyətli şokolad almaq istəyirsinizsə, bir neçə şeyə diqqət yetirin: ilk olaraq , o, təmiz kakao, ikincisi, Hollandiya markası olmaldır. Üçüncüsü isə tərkibində ağır metalların olub olmadığını yoxlayın".

Milyonçu qeyd edib ki, ərzaq supermarketlərə gəlib çatana qədər, onun keyfiyyətini qorumaq üçün müəyyən prosesdən keçirirlər".

Yaşlanma prosesini tərsinə çevirmək fikrinə qapılan Conson hətta bir dəfə öz oğlunun qanını özünə ineksiya şəklində vuracaq qədər irəli gedib. Etdiyi əməl ona mənfi reputasiya qazandırsa da, Conson bunun ciddi məşq və pəhrizi əhatə edən son dərəcə mürəkkəb gündəlik "Layihə Planı" rejiminin bir hissəsi olduğunu bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya zirehli texnikası Yalamada – VİDEO
Cavanşir körpüsü sökülür? - VİDEO
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü